Turizm İnstitutunda görüş

 

   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) nümayəndələri Turizm İnstitutunun tələbələri ilə görüşüb. Tədbirdə son kursmagistr pilləsində təhsil alan tələbələrə vakant dövlət qulluğu vəzifələrinin tutulması qaydaları barədə ətraflı məlumat verilib.

   DQMK-nın kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn əksər gənclərin ali təhsil aldıqdan sonra müvafiq sahənin mütəxəssisi kimi dövlət qulluğu statusu verən təşkilatlarda çalışmaq arzusunu qeyd edərək bu baxımdan görüşün faydalı olacağına əminliyini bildirib. Komissiyanın nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 9.