“Azərbaycanı kəşf edək”

 

   Yapon jurnalistlər və Ukraynanın turizm şirkətləri təmsilçiləri ölkəmizdə səfərdə olublar

  

   Mədəniyyət və Turizm Nazirliyi ilə Yaponiyada fəaliyyət göstərən «İSHİİ brothers» şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, «Azərbaycanı kəşf edək» layihəsi çərçivəsində ilk dəfə yapon dilində ölkəmiz haqqında bələdçi kitabınınteleviziya proqramının hazırlanması məqsədilə 4 nəfərdən ibarət yapon çəkiliş qrupu mayın 17-dən 21-dək ölkəmizdə səfərdə olub. Ukraynanın turizm şirkətlərinin təmsilçilərindən ibarət 8 nəfərlik qrup isə ölkəmizin turizm imkanları ilə tanış olmaq məqsədilə mayın 17-dən 22-dək ölkəmizə səfər edib. Hər iki qrup paytaxt Bakı ilə yanaşı, Naftalan, Şəki, İsmayıllı və Qəbələ rayonları ilə də tanışlıq imkanı əldə ediblər.

   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il turizm imkanlarımızın tanıdılması və ölkəmizə turistlərin cəlb olunması məqsədilə mütəmadi olaraq belə press-tur və səfərlər təşkil olunur.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 9.