Kann kinofestivalında işgüzar
danışıqlar aparılıb
Sentyabrda bir qrup xarici
kino şirkətinin nümayəndəsi müştərək
filmlərin çəkilişi
ilə bağlı müzakirə aparmaq üçün Bakıya
gələcək
Xəbər verdiyimiz kimi,
Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival keçirilir. Mayın 15-də başlanan kino bayramı çərçivəsində
Kannın məşhur
Kruazet xiyabanındakı
festival şəhərciyində Azərbaycan pavilyonu da açılıb.
Festivalda Mədəniyyət və
Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin
Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasının direktoru
Müşfiq Hətəmov,
"Azanfilm"in direktoru
Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslərin
daxil olduğu nümayəndə heyəti
iştirak edib. Pavilyonumuzu ziyarət edən qonaqlara filmlərimizin əks olunduğu videoçarxlar, ölkəmizin
turizm imkanları haqqına bukletlər, reklam açıqcaları
təqdim olunub. Nümayəndə heyətinin üzvləri
müxtəlif ölkələrdən
olan həmkarları ilə fikir mübadiləsi aparıblar.
Artıq Bakıya qayıdan
"Azərbaycanfilm" kinostudiyasının
direktoru Müşfiq Hətəmov səfər
təəssüratlarını bizimlə bölüşdü.
Müsahibimiz festival günlərində
müxtəlif ölkələrdən
olan həmkarları ilə görüşlər
keçirdiyini bildirdi:
“Festivala getməzdən
əvvəl artıq
30-a yaxın şirkətlə
danışıqlar aparmışdıq.
Orada keçirdiyimiz görüşlərdə
çəkilən filmlərin
Avropada yayımlanması,
hazır vəziyyətdə
olan filmlərin reproduksiyası barədə
müzakirələrimiz oldu.
Bununla yanaşı, “Azərbaycanfilm”
kinostudiyasının qurulmasında
qabaqcıl şirkətlərin
təcrübəsindən yararlanmaq
və onlarla yaradıcılıq əlaqəsi
kimi məsələlər
barədə də fikir mübadiləsi apardıq”.
Müzakirələrin
səmərəli keçdiyini
vurğulayan Müşfiq
Hətəmov 2014-cü ilin
Azərbaycan kinosunda müştərək filmlərin
çəkilməsi üçün
əlamətdar il olacağını
dedi: “Müştərək
layihələr barədə
ilkin razılaşmalar
var. Maraqlarımız üst-üstə
düşsə, bir neçə şirkətlə
işləyəcəyik. Bu
da təbii ki, özünü Azərbaycan kinosunun inkişafında göstərəcək”.
Kinostudiyanın direktoru danışıqlar
aparılan şirkətlərlə
hələlik müqavilə
imzalamadıqlarından onların
adlarını çəkmək
istəmədi. Onun
sözlərinə görə,
sentyabr ayında 10-dək
xarici şirkətin nümayəndəsi Azərbaycana
gələcək: “Müştərək
çəkiləcək filmlərin
mövzuları bizim kinorejissorlarla müzakirə
olunduqdan sonra seçim ediləcək”.
Müsahibimiz qeyd etdi ki,
Türkiyə ilə birgə çəkilən
“Mahmud və Məryəm”
filmi Azərbaycan üçün böyük
uğurdur: “Bu filmdən
sonra əcnəbi tərəfdaşlar bizim bu sahədə ciddi və peşəkar olduğumuzu
gördülər. Ölkə
Prezidentinin, Heydər Əliyev Fondunun film istehsalına verdiyi dəstək əcnəbi
tərəfdaşlarımızda əməkdaşlığa maraq
yaratdı”.
Müşfiq Hətəmovun sözlərinə
görə, gələn
il artıq
Azərbaycanın Kann
festivalı ilə bağlı yeni hazırlıq planı olacaq və bu da növbəti
illərdə daha yaxşı nəticələr
əldə etməyə
imkan verəcək: “Bizim yaradıcı potensialımız zəif
deyil. Sadəcə, onu müasir
dövrün tələblərinə
uyğunlaşdırmaq lazımdır.
Cənab
Prezidentin sərəncamı
ilə təsdiq olunmuş kino haqqında Dövlət Proqramı nəzərdə
tutulan bütün layihələri həyata keçirməyə imkan verir”.
Nigar İxtiyarqızı
Mədəniyyət.- 2013.- 24 may.-
S. 6.