Şah və şair
“Hamı səni sevənlər
burdadı”
Mayın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış yazıçı-dramaturq, görkəmli alim, filologiya elmləri doktoru, professor Kamal Abdullanın “Hamı səni sevənlər burdadı” pyesi əsasında hazırlanmış “Şah və şair, yaxud hamı səni sevənlər burdadı” adlı yeni tamaşanın premyerası keçirilib.
Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə səhnələşdirilən
tamaşanın quruluşçu rejissoru Mikayıl
Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev,
neon effektləri üzrə rəssamı Fərid Ələkbərov,
işıq üzrə rəssamı Rafael Həsənovdur.
Janrı ikihissəli xəyali oyun kimi təyin olunmuş səhnə əsərində hadisələr gerçəkliklə tarixin kəsişməsində baş verir. Bu tamaşa xəyali oyundur, burada yuxu estetikasından istifadə olunur.
Əsərdə iki zamanın - orta əsrlərin və müasir dövrün çulğaşması və bunun vizual olaraq səhnədən tamaşaçıya çatdırılması mürəkkəb texniki vasitələrin köməyi ilə mümkün olub. Dekorasiyalar, işıq effektlərinin dəyişməsi, musiqi və videoçarxlardan istifadə tamaşanı daha baxımlı və maraqlı edir.
Tamaşada
rolları əməkdar artistlər Vidadi
Həsənov, Elşən Rüstəmov, Ayşad
Məmmədov, aktyorlar Hikmət Rəhimov,
İlahə Həsənova, Oqtay Mehdiyev, Vüsal Mustafayev ifa edirlər. Premyerada tanınmış elm,
mədəniyyət xadimləri, Milli Məclisin
deputatları, sənətsevərlər iştirak
ediblər.
Mədəniyyət.- 2013.- 24 may.-
S. 5.