“Cəngi” ansamblı TÜRKSOY-un yubiley tədbirlərində

 

   Mayın 13-dən 20-dək Türkiyənin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ankara şəhərində 19 May - Beynəlxalq Gənclər və İdman Bayramı və TÜRKSOY təşkilatının 20 illik yubileyi çərçivəsində tədbirlər keçirilib. Tədbirlərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Cəngi” estrada-folklor ansamblı da iştirak edib.

   Ansambl “Qaytağı” və “Yallı” rəqsləri ilə çıxış edib.

   Tədbir çərçivəsində iştirakçılar Türkiyə Prezidenti Abdullah Gül və gənclər və idman naziri Suat Kılıç ilə görüşüblər. Tədbirlərin sonunda “Cəngi” estrada-folklor ansamblı fəal iştirakına görə Türkiyənin Gənclər və İdman Nazirliyi və TÜRKSOY tərəfindən diplomla təltif olunub.

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 3.