İslam Səfərlinin 90 illik yubileyi qeyd olundu

 

Oktyabrın 31-də Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair dramaturq İslam Səfərlinin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirildi. İslam Səfərlinin yubileyi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq keçirilən gecədə dövlət hökumət rəsmiləri, elm mədəniyyət xadimləri, ədəbiyyatsevərlər iştirak edirdilər.

Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev ədibin həyat yaradıcılığından söz açdı. Bildirdi ki, 1923-cü ildə Naxçıvanda doğulan İslam Səfərli vətəninə, torpağına bağlı insan olub. Azərbaycanda mahnı sənətinin inkişafında onun xüsusilə böyük rolu olub, sözlərinə populyar mahnılar bəstələnib. Buna görə onunəğməkar şairadlandırırdılar. İslam Səfərli dramaturq kimi Azərbaycan ədəbiyyatına töhfələr verib.

Vurğulandı ki, istedadlı şair həmçinin oçerk, novella, məqalələr müəllifi kimi tanınıb, tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Ədəbi irsi xalq məhəbbəti qazanıb, dövlət tərəfindən yüksək qiymətləndirilib, adı əbədiləşdirilib. Bakının mərkəzi küçələrindən biri, Naxçıvanda oxuduğu məktəb, həmçinin Xəzər dənizində üzən gəmilərdən biri İslam Səfərlinin adını daşıyır.

Qeyd olundu ki, İslam Səfərli bütün yaradıcılığı boyu ana dilinin geniş bədii imkanlarından ustalıqla faydalanıb, vətən təbiətinin gözəlliklərini insanın mənəvi aləminin zənginliklərini tərənnüm edən, yüksək şeriyyətə malik əsərləri ilə milli ədəbiyyatı zənginləşdirib. İslam Səfərlinin yubileyinin qeyd olunması barədə ölkə başçısının sərəncamı onun irsinə hörmətin əyani təzahürüdür.

Vaqif Əliyev bildirdi ki, Azərbaycan dövləti görkəmli ədiblərin irsinin qorunub saxlanılmasına, təbliğinə xüsusi önəm verir. Ötən il ölkə başçısının müvafiq sərəncamları ilə Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Mirvarid Dilbazi, Xəlil Rza Ulutürk kimi görkəmli şair yazıçıların yubileyləri geniş qeyd olunub. Bu il İslam Səfərlinin yubileyi ilə yanaşı, xalq şairləri Nigar Rəfibəyli Məmməd Arazın yubileyləri qeyd olunacaq: “Görkəmli ədiblərin həyat fəaliyyəti cəmiyyət üçün bir örnəkdir. Onların yaradıcılığı isə insanları daha da saflaşdırır, daxilən ucaldır. Buna görə qüdrətli sənətkarların doğum günləri, yubileyləri təkcə onlara aid olmur, xalqın söz-sənət bayramına çevrilir”.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında İslam Səfərlinin poeziya dramaturgiya ilə yanaşı, tərcüməçilik fəaliyyəti ilə ədəbiyyatda özünəməxsus iz qoyduğunu bildirdi: “Onun şeirlərinin dili sadə idi. İnanıram ki, dilimiz yaşadıqca onun yaradıcılığı xalqın mənəvi sərvəti olaraq qalacaq”.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli şairin 51 illik ömrünün 35 ildən çoxunu şeirə, sənətə həsr etdiyini bildirdi: “O, yaradıcılığı ilə ölkəmizin dilbər guşələrinin poetik xəritəsini yaratmağa müvəffəq olub”.

Çıxışlarda vurğulandı ki, İslam Səfərli az yaşadı, amma çox yaratdı, sözü könülləri fəth etdi. Sonda tanınmış incəsənət ustalarının ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirildi.

 

Ceyhun

 

Mədəniyyət.- 2013.- 1 noyabr.- S. 3.