Britaniyalı ssenarist və rejissor Bakıda seminar keçirir
Ssenarist və kinorejissor Con Pol Freyzer oktyabrın
30-dan noyabrın 2-dək Nizami
Kino Mərkəzində azərbaycanlı
ssenaristlər üçün
seminar keçirir. Seminar Böyük Britaniyanın
mədəniyyət və
təhsil sahəsində
əməkdaşlıq qurumu
olan “British Council” (Britaniya
Şurası), bu ölkənin Bakıdakı
səfirliyi və “Nərimanfilm” şirkəti
tərəfindən təşkil
edilib.
Layihənin məqsədi bacarıq və vərdişlərini
beynəlxalq standartlar
səviyyəsinə çatdırmaqda
ssenaristlərə kömək
etməkdir. 15-dən çox ssenarist bilik və təcrübə
mübadiləsinə, habelə
əməkdaşlığın yeni modellərinin nəzərdən keçirilməsinə
dəvət olunub.
Britaniyalı ssenarist və
rejissor dünyanın müxtəlif
ölkələrində belə seminarlar keçirir. Layihə çərçivəsində
“Bir, iki, üç, öl” filminin nümayişi təşkil
ediləcək. Komediya janrında çəkilən
ekran əsəri Bakıda keçirilən
Avropa film festivalı
çərçivəsində noyabrın 3-də “Park Cinema”, noyabrın 4-də
“Metro park”
kinoteatrlarında nümayiş etdiriləcək.
Mədəniyyət.- 2013.- 1
noyabr.- S. 4.