Gənclərin əl işi bacarıqlarına dəstək

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclərin fərdi əl işləri bacarıqlarının inkişafına dəstək” adlı layihə həyata keçirilir. Layihənin rəhbəri Vamiq Babayevin bildirdiyinə görə, məqsəd gənclərin əl işi bacarıqlarını inkişaf etdirmək, mədəni dəyərlərin təbliği, layihədən faydalananların məşğulluq problemlərinin həllinə dəstək verməkdir.

Layihə çərçivəsində 14-29 yaş arası gənclər üçün 16-18 noyabr tarixində Masallı rayonunda 3 günlük təlim-təcrübə proqramı nəzərdə tutulub. Əl işləri sahəsində fərdi bacarığa malik sənətkarlarla gənclərin görüşü təşkil olunacaq və onların təcrübəsi, eləcə də bu sahədə marketinq işlərinin təşkili yolları öyrəniləcək. Layihənin sonunda təlim-təcrübə proqramına cəlb olunan gənclərin əl işi nümunələrindən ibarət bukletlər hazırlanaraq ictimaiyyətə paylanacaq.

 

Mədəniyyət.- 2013.- 1 noyabr.- S. 5.