İsrailli cazmen Bakıda çıxış edib

 

Bakı Caz Festivalı çərçivəsində oktyabrın 30-da Heydər Əliyev Sarayında növbəti konsert proqramı təqdim olunub. Gecədə dünyanın ən məşhur basistlərdən olan Avişay Kohen (Avishai Cohen) çıxış edib. Onun bu yaxınlarda işıq üzü görənAvishal Cohen with Strings” adlı layihəsi bu günədək ifaçının musiqi karyerasının kulminasiyası klassik dünyaya yeni atılmış bir addım kimi dəyərləndirilir.

Eyni zamanda bəstəkar və müğənni olan israilli cazmen son iyirmi ildə dəfələrlə mükafata layiq görülmüş ansambl rəhbəri kimi böyük ad qazanıb. Tamaşaçılar ansamblın zərif və həyəcanlandırıcı ifasından zövq alıblar.

 

Mədəniyyət.- 2013.- 1 noyabr.- S. 6.