Eksperimentlər səhnəsindən
28
oktyabr-2 noyabr tarixlərində Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi, Azərbaycan Teatr Xadimləri
İttifaqının (ATXİ) təşkilatçılığı
ilə “2+1” ikinci eksperimental
teatr festivalı keçirildi.
İkinci dəfə gerçəkləşən
festivalda 9 yerli və bir qonaq teatrın
tamaşası nəzərdə tutulmuşdu. Onlardan ikisi texniki səbəblərdən
nümayiş olunmasa da, təqdim olunan tamaşalar, aparılan diskussiya
və yaradıcı müzakirələr festivalın kifayət
qədər maraqlı keçdiyini deməyə
əsas verir.
Ötən sayımızda festivalın bir neçə tamaşası barədə məlumat vermişdik. Bu yazıda daha iki səhnə əsəri haqqında bir qədər ətraflı söz açmaq istərdik.
“Zibillik” qurbanlarını uddu
Oktyabrın 31-də festival çərçivəsində M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının hazırladığı “Zibillik” tamaşası təqdim olundu. Türkiyənin tanınmış dramaturqlarından Turqay Narın pyesi əsasında hazırlanan səhnə əsəri zibillikdə yaşayan, daha doğrusu, yaşamağa məhkum olan üç gəncin faciəli həyatından bəhs edir. Yığın-yığın zibillərin arasında uşaqlıq xatirələrindən gələcək barədə planlarınadək uzun yol cızan bu gənclər hər şeyə rəğmən bir cəmiyyət fərdi olduqlarını göstərmək istəyirlər. Buna görə də, təbii ki, hər kəs kimi sosial-siyasi hadisələrə münasibət bildirir, cəmiyyət qanunları, qanunsuzluqları, əlqərəz, özlərinə aid olan və olmayan hər şeydən danışırlar.
Zibillik bölgüsündə yalnız polietilen məhsullar toplayıb satmaq ixtiyarında olan qəhrəmanlar - Aymələk (Fəridə Məmmədova), qardaşı Xaço (Afiq Yusifov) və uşaqlıq dostları İsrafil (Asim Məmmədov) bütün cəhdlərinə rəğmən yaşaya bilmir və nəticədə zibilliyin qurbanına çevrilirlər. Yuxu yozumlarından, eyni yuxunu görüb onu açmağa çalışan və açdıqları, hasil etdikləri nəticənin vahiməsindən sıxılan gənclər nəticədə reallıqlarla barışıb məhv olurlar. Bir kilsənin həyətindəki quyuda yaranışla ölüm arasındakı son pərdə də oynanılır və bütün dəyərli nəsnələr o kor quyuda itib-batır.
Müəyyən kiçik qüsurları, bəzən səhnələr arasında rabitəsizliyi nəzərə almasaq, tamaşa uğurlu və maraqlı idi. Teatrın baş rejissoru, yenilikçi meyllərin daşıyıcılarından biri kimi tanınan Günay Səttarın quruluşunda təqdim olunan səhnə əsərinin rejissor yozumu, gerçəkliyin diktə etdiyi səhnələr, gərgin parçalar arasındakı yüngül keçidlər də baxılmağa dəyər.
“Kor kürsü” ayaqlar altında qalsa...
Əslində bu mümkün deyil. Çünki kürsü arzusu,
onunla bağlı eybəcər ideallar nəticədə insanın
özünü ayaqlar
altına atır, məhv edir, insanlıqdan çıxarır.
Bakı Satira Teatrının hazırladığı “Kor
kürsü” adlı tamaşada da bu ideya ön
plana çəkilmişdi.
Daha doğrusu, kürsüdə oturmaq, onun haqqını vermək, oradan ədaləti təcəssüm
etdirmək kimi bir az soyuq, zamanından qaçmış tələb
qoyulmuşdu. Bu isə yozum etibarilə eksperimentallıqdan
çox monumentallığa
yaxın idi. Maarif Məmmədovun müəllifi
olduğu və quruluş verdiyi tamaşa iki ağıllı və ya ağlını itirmiş insanın - kor olmadığını
hər vəchlə isbatlamağa çalışan
və buna cavab olaraq onu
haqsızlıqlara münasibətdə
kor olmaqda günahlandıran qəhrəmanın
dialoqlarından ibarət
idi. Özlərinin də dediyi
kimi, absurd həyat yaşayan və sonda dəlixanaya məhkum iki insan. Səhnədən ideal dəyərlərin aşılandığı tamaşanın
sonluğu da dəlixana səhnəsi ilə qoyulur. Burada da “dinc” durmayan,
haqq-ədalət axtarışında
olan, lakin çarəsizlikdən susmağa
məhkum olan inqilabçı, ittihamçı,
carçı, nəhayət,
təslim olur və özü ilə gəzdirdiyi bizlə gözlərini oyur. Səadətini bunda tapır
və xoşbəxt bir təbəssümə
qərq olur.
Tamaşa
boyu guya kürsüyə tabe olmayan, onu ayaqlar
altına atmaq, daha doğrusu, kətili kəndirlə ayağına bağlamaqla
sanki bütünlükdə
kürsülərdən intiqam
almağa çalışan
inqilabçı (Natiq
Fərzəliyev) və
hər gördüyünü
qəbul etməyə
məhkum və ya görmək istəməməkdə azad
korun (Cümşüd
Zeynalov) cəhdləri
bir neçə detalına görə maraqlı və ən əsası baxımlı idi. Ağır monoloqların yükünü
azaltmaq üçün
əlavə edilən
komik elementlər və ümumi tragikomik ab-hava alqış qazandı.
Hər
festival teatr ictimaiyyəti
üçün hadisədir
Noyabrın 1-də axşam səhnə
festival təşkilatçılarına verildi. Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri,
Xalq artisti Azər Paşa Nemətov Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə artıq ikinci festivalın reallaşması münasibətilə
hər kəsi təbrik etdi. Hər bir teatr hadisəsini
bayram, hər festivalı teatr ictimaiyyəti üçün
hadisə hesab edən ittifaq sədri bu festivalın
keçirilmə səbəblərindən,
məramından danışdı.
Əldə olunan nəticələrdən söz
açaraq bu kimi tədbirlərin günümüzün teatral
mənzərəsini göstərmək
üçün də
əhəmiyyətli olduğunu
dedi: “Adından da göründüyü kimi, bu festivalı
təşkil edərkən
ənənəvi teatr
düşüncəsini deyil,
qeyri-adi düşüncə
tərzi, avanqard, yəni gənclərdən
daha müasir yanaşma gözləyirdik.
Festivalda
nümayiş olunan səhnə əsərləri
istəklərimizi tam əks
etdirməsə də,
bütünlükdə festivalı
uğurlu və dəyərli bir teatr hadisəsi adlandırmaq olar”.
Teatrşünaslar - professor Məryəm Əlizadə, Vidadi Qafarov və başqaları nümayiş olunan tamaşalarla bağlı fikirlərini bölüşdülər, teatr təmsilçilərini gələcəkdə belə tədbirlərdə fəal iştiraka səslədilər.
Sonda Azərbaycan Teatr Xadimləri İttifaqı adından festival iştirakçılarına diplomlar, tamaşaların rejissorlarına isə diplom və simvolik heykəlciklər təqdim olundu.
Tiflisdən gələn teatr
Rəsmi bağlanışın ardınca festivalın qonaq teatrı, zəngin tarixli Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyorları səhnədə göründü. İftixar Piriyevin müəllifi olduğu “Eşqin tikan dairəsi” adlı pyes əsasında hazırlanan eyniadlı tamaşa biri-birini çox sevən iki kor gəncin məhəbbəti və faciəvi sonluğundan bəhs edir. Gənc rejissor və aktyor Turqay Vəlizadənin quruluş verdiyi tamaşada Umud (Aslan Məmmədov) və Ulduz (Marianna Məmmədova) maraqlı bir sevgi modeli yaratmışdılar. Anadangəlmə kor sevgililər bütün maneələrə rəğmən dəli bir sevda içində çox xoşbəxt yaşayırlar. Onların səhnədəki sevgi pantomimi bu mənada maraqlı və baxımlı idi. Öz tənha köşələrinə çəkilmək üçün qorxunu dəf edərək hər dəfə “qıl körpü”sü adlandırdıqları çay üzərindəki maneədən keçərək kölgəsində səadət tapdıqları qarağaca tərəf tələsirlər. Kəndin tikanlı məftillərlə çəpərləndiyinə inanmayan, hətta bunun onlara mane olmaq üçün uydurulduğunu düşünən cütlük açıq havada yuxuya dalır. İldırım çaxır, gənclər yerə yıxılır və pirani qoca onlara bir fincanda ildırım suyu və ana südü içirir. Bununla da gözləri açılan sevgililərin elə səadəti də bundan sonra bitir. Əvvəlcə çölün-çəmənin gözəlliyinə, səmanın, günəşin eşqinə çılğın sevincə qərq olurlar. Sonra görmələrinə rəğmən kəndlərinin yolunu tapmaq üçün böyük çətinlik çəkir və sonda gözləri bağlı tapırlar. Amma eşqin tikan dairəsi onlara mane olur. Sevinclərini kənd camaatı ilə bölüşmək, arzularını haraylamaq üçün o “qıl körpü”sündən adlaya bilmirlər. Gənclər bir-birinə böyük məhəbbətlə sarılaraq düz körpünün ortasında dayanırlar. Tamaşa bu narahat, müəmmalı və bir o qədər də təzadlı səhnə ilə bitir.
Bu romantik, xoş sevgi harmoniyasının müşayiətində ağrılı sonluqla bitən tamaşa aktyor oyunu ilə də yadda qaldı və alqışlandı. Tamaşada bəzi məqamlar suallar yaratsa da, hər halda rejissor müəllifin demək istədiyini, vurğuladığı saf məhəbbət, eşq ucalığında ölümsüzlüyü çatdırmağa çalışmışdı.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2013.- 6
noyabr.- S. 6