Milli
Kitabxananın beynəlxalq əlaqələri genişlənir
M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasının beynəlxalq əlaqələri genişlənir.
Noyabrın 4-də kitabxananın direktoru Kərim
Tahirov və elmi katib Əminə Cəfərova
Qazaxıstanın paytaxtı Astanaya yola düşüblər. Noyabrın
10-dək davam edəcək səfərin
məqsədi Qazaxıstan Milli Akademik
Kitabxanasının iş təcrübəsi
ilə tanışlıq və bu mədəniyyət
ocağı ilə Azərbaycan Milli Kitabxanası arasında
qarşılıqlı əməkdaşlıq barədə
müqavilə imzalamaqdır.
Mədəniyyət. 2013.- 6 noyabr.-
S. 3.