“Qərara gəldim ki, diplomat yox, kuklaçı olacağam”
Britaniyalı rejissor Bakıda
teatrsevərlərlə görüşdü
“Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalının iştirakçıları
arasında Böyük
Britaniyanın Dorset Kukla
Teatrı Kompaniyası
da var. Teatr “British Council”un təşkilatçılığı
ilə sənət bayramına “Havada asılmış” adlı
tamaşa gətirib. Tamaşanın quruluşçu rejissoru StefanMotram noyabrın 8-də “YARAT!” Müasir İncəsənət
Məkanının “YAY!” qalereyasında
jurnalistlər və teatrsevərlərlə görüşdü.
Rejissor bildirdi ki, “Havadan asılmış”
kukla tamaşası bir neçə hekayənin vəhdətindən
yaranıb. 70 dəqiqəlik
tamaşada sözdən
istifadə olunmayıb,
səhnə əsərində
yalnız kuklalar maraqlı hərəkətlər
edir, dinamik musiqi isə tamaşaçıların diqqətini
çəkir. Yaratdığı teatrla 40-dan çox ölkədə tamaşalar
nümayiş etdirən
rejissor Bakıda olmasından məmnunluğunu
ifadə etdi.
Tədbirdən sonra Stefan Motramdan
qısa müsahibə
aldıq:
- Necə oldu ki, məhz kukla
teatrı rejissorluğunu
seçdiniz?
- Mənim teatra gəlişim çox maraqlı olub. İsveçrənin Stokholm Universitetinin
incəsənət və
jurnalistika fakültəsində
oxuyarkən bir filmə baxdım və məndə kukla teatrına maraq yarandı. Taxtadan kuklalar düzəltməyə
başladım. İsveçdən qayıtdıqdan sonra bir neçə kuklam var idi.
İplərdən asılmış kuklaların tamaşasına
ilk dəfə 1979-cu ildə
baxdım, sonra Londondakı kukla teatrları, bu sahə ilə yaxından maraqlanmağa başladım. Eyni zamanda İngiltərədə
beynəlxalq münasibətlər
üzrə ali
təhsil aldım. Amma qərara gəldim ki, diplomat yox, kuklaçı olacağam.
Universiteti bitirdikdən sonra
artıq İngiltərənin
ən yaşlı kuklaçısı Erik Braundan
bu sənəti öyrənməyə başladım.
Onun “Kiçik uşaq teatrı” ilə yanaşı, başqa teatrlarla da əməkdaşlıq
edirdim. İlk dəfə mənə
“Alisa möcüzələr ölkəsində” filmində
kuklaları oynatmaq təklifi gəldi. Həmin işdən əldə etdiyim gəlirlə özümə kiçik
furqon və avadanlıq aldım və bunlarla öz tamaşalarımı
qoya bilirdim. O zaman bu tamaşaları
əsasən Şotlandiyanın
adalarında və ya kəndlərdəki orta məktəblərdə
göstərirdim. Bu 80-ci illər idi. Sonra xarici ölkələrə
yolum açıldı.
1992-ci ildə artıq 15 tamaşa göstərmişdim. Çox vaxt
elə bilirlər ki, bu kuklalar
səhnəyə çıxır,
bizim işimiz də onları tərpətməkdən ibarətdir.
Amma daha bilmirlər ki, bunun üçün
uzun məsafə qət etmək lazım gəlir. Məsələn, üç gün
maşınla yol gedirsən, yalnız 1 saat tamaşa göstərirsən. Demək istəyirəm
ki, bu işin
də öz çətinlikləri var. Öz
teatr əsərlərimə
əlavə olaraq Avropanın bir sıra kollec və teatr məktəblərində
hərəkət və
manipulyasiyalar üzrə
dərs deyirəm.
İtaliyanın Pinerolo şəhərində
MAAF Akademiyasının daimi
müəllimiyəm.
- Bu sahəyə hansı yeni mexanizmlər gətirmək istəyirdiniz
və bu hədəflərə nail ola bildinizmi?
- Mənim üçün maraqlı idi ki, cansız kuklaları necə hərəkət etdirmək
olar. Tamaşaçılara kuklaların sehrini
açmaq istəyirdim.
Amma bunun üçün hansısa süjet xətti tapmaq lazım idi. İstəyirdim ki, tamaşaçılar
qarşısındakıların canlı və ya cansız olmasını ayırd edə bilməsinlər.
Bəzən tamaşaçıya elə gəlir ki, biz cansız əşyanı hərəkət
etdiririk, lakin onları kuklaların canlı olmasına inandırmaq üçün
biz böyük zəhmət
sərf edirik. Bir sözlə, kuklaları tamaşaçıya hərəkətli
heykəl kimi təqdim etməyə çalışıram. Yəni tamaşaçı
ilə oyun oynamaq xoşuma gəlir.
- Maraqlıdır, kukla teatrında süjet birinci yaranır, yoxsa hərəkət?
- Hər iksi eyni
anda meydana gəlir. Mən tamaşaçıları aldada bilirəm. Mənim istifadə etdiyim kuklaların bədəni parçadan, başları
şabalıd ağacından
hazırlanıb. Onu səhnədə
hərəkət etdirmək,
tutmaq üçün
üç yer var. Məsələn, “Havada asılmış” adlı
tamaşa insan hərəkətləri xırdalıqlarının
diqqətlə izlənməsinə
əsaslanır. Sadəlik
və eleqantlığa
əsaslanan bu tamaşa yerin cazibə qüvvəsi və tarazlıq kimi adi hadisələrin
tərəfimizdən hiss olunmasını
dəyişdirir. Tədricən ifaçı tamaşaçıları
bu fərqli qayda-qanunlara malik olan, sehrli, məzəli
və poetik paralel aləmə çəkib aparır.
Sevindirici haldır ki, bu tamaşa xarici sponsorlar arasında məşhurluq
qazandı və mən beynəlxalq qastrollara çıxmağa
başladım. Bu, böyüklər
üçün maraqlı
tamaşadır. Mən bu
tamaşa ilə özümün kukla oynatmaq bacarığımı
və Qil Perinin əla elektron musiqisindən, müxtəlif musiqi janrlarından götürülmüş
parçalardan istifadə
edərək tamaşaçıları
sürpriz və hərəkətlərlə dolu
bu aləmlərə çəkib apara bilirəm. İnanıram ki, Azərbaycan
seyrçiləri bu tamaşanı bəyənəcəklər.
Mehparə
Mədəniyyət.- 2013.- 13
noyabr.- S. 10.