Folklor paytaxtı”nda sərgi-yarmarka

 

9 noyabr - Bayraq Günündə ölkəmizin dilbər guşəsi Zaqatala bayram ab-havasına bürünmüşdü. Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram tədbirinə qatılan yerli sakinlər xalq tətbiqi sənəti sərgi-yarmarkasına tamaşa etmək üçün şəhər Mədəniyyət evinə toplaşmışdılar. Əslində, açıq səma altında keçirilməsi nəzərdə tutulan sərgi-yarmarka hava şəraiti səbəbilə Mədəniyyət evində təşkil olunsa da, bu, iştirakçı çoxsaylı ziyarətçi sayına təsir etməmişdi. Azad Gənclər İctimai Birliyinin, Zaqatala Rayon Mədəniyyət Turizm Şöbəsinin birgə təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə müxtəlif xalq tətbiqi sənəti nümunələri sərgilənirdi.

 

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva son illərdə rayonda əldə olunmuş uğurlardan danışdı. Bildirdi ki, müstəqil Azərbaycanın memarı qurucusu ulu öndər Heydər Əliyevin müdrik siyasəti, Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu gün Zaqatala da, digər rayonlar kimi, özünün yeni inkişaf mərhələsini yaşayır. Son illərdə dövlət başçısının Zaqatalaya 6 dəfə səfər etdiyini xatırladan şöbə müdiri bunu rayona olan diqqətin bariz nümunəsi kimi səciyyələndirdi.

Mədəniyyət Turizm NazirliyininXalq Yaradıcılığı Paytaxtlarıproqramı çərçivəsində 2013-cü ildə ZaqatalanınAzərbaycanın Folklor Paytaxtıseçildiyini vurğulayan Zümrüd Ağakişiyeva bu əlamətdar hadisənin bölgənin mədəni həyatına yeni bir canlanma gətirdiyini dedi.

Şöbə müdiriFolklor PaytaxtıZaqatalanın zəngin mədəni irsə malik olduğunu diqqətə çatdırdı: “Rayonumuzda 20-dək etnik azlığın nümayəndələri yaşayır, dostluq əməkdaşlıq şəraitində öz mədəniyyətlərini, folklorunu yaşadaraq müxtəliflik, eyni zamanda zənginlik yaradır, respublika miqyaslı tədbirlərə qatılır, beynəlxalq müsabiqələrə yollanırlar. Bu bizim üstünlüyümüz, xalq yaradıcılığımızın zənginliyidir. Bugünkü tədbirdə siz nümayiş olunan xalq tətbiqi sənəti nümunələrinin simasında bu mədəni zənginliyi görə biləcəksiniz”.

Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin aparıcı məsləhətçisi Rəşad Əliyev öncə Bayraq Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, sərginin işinə uğurlar arzuladı. Bildirdi ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, hər bir rayonda olduğu kimi, Zaqatalada da mədəniyyətin inkişafına əlavə zəmin yaradır. ZaqatalanınAzərbaycanın Folklor Paytaxtıseçilməsi təsadüfi sayılmamalıdır. Nazirlik rəsmisi Zaqatala təmsilçilərinin Belarusda keçirilən beynəlxalq folklor festivalında uğurla iştirak etdiyini, öz şux rəqsləri ilə digər ölkə nümayəndələrini heyran qoyduğunu diqqətə çatdırdı.

Sərgi-yarmarkanın əhəmiyyətinə toxunan Rəşad Əliyev bu cür tədbirlərin xalq tətbiqi sənətinin inkişafına töhfə verdiyini vurğuladı, rayon ərazisində turistlər üçün suvenir dükanının açılmasının məqsədəuyğun olduğunu dedi. Xalq tətbiqi sənəti ilə məşğul olan sənətkarlara isə daha çox kiçik ölçülü maraqlı əl işlərinə üstünlük vermələrini tövsiyə etdi: “Bildiyiniz kimi, turistlər məhz belə suvenir əl işlərinə üstünlük verirlər. Bizim yerli sənətkarlar bu sahəyə diqqət ayırsalar, daha yaxşı olar. Bu həm onların gəlirlərinə təsir edər”.

 

Azad Gənclər İctimai Birliyinin regionlarla departamentinin sədri Qüdrət Axundov isə çıxışında əsas diqqəti rayonun sosial-iqtisadi inkişafına yönəltdi. Zaqatalanın son illərdə Azərbaycanın turizm şəhəri kimi ad qazanmasını Prezident İlham Əliyevin rayona olan diqqətinin göstəricisi kimi xarakterizə etdi. Xalq tətbiqi sənəti sərgisinə toxunan Qüdrət Axundov Azad Gənclər İctimai Birliyinin bu cür tədbirlərə daim müsbət yanaşdığını diqqətə çatdırdı, bu istiqamətdə göstərdiyi dəstəyə görə Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını bildirdi. Xalq tətbiqi sənəti ilə bağlı ilk sərgi-yarmarkanın Xaçmazda təşkil etdiklərini diqqətə çatdıran birlik nümayəndəsi ikinci tədbirin Zaqatalada yüksək səviyyədə baş tutmasından məmnunluğunu ifadə etdi.

 

Sərgiyə baxış

 

Çıxışlardan sonra sərgiyə baxış keçirildi. Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva qonaqlara sərgi iştirakçıları, onların əl işləri barədə məlumat verdi. Biz öz növbəmizdə diqqətimizi cəlb edən işlərlə tanış olmaq onları ərsəyə gətirənləri oxucularımıza tanıtmaq qərarına gəldik.

 

İlk müsahibim Zaqatala rayon uşaq yaradıcılıq mərkəzinin dərnək rəhbəri Kifayət Məmmədovadır. O, sərgidə nümayiş etdirdiyi işlər ümumi fəaliyyətləri barədə söz açdı:

- Sərgi-yarmarkaya taxta üzərində oyma işləri ilə qatılmışam. Burada nümayiş olunan əsərlər arasında həm özümün, həm də uşaq yaradıcılıq mərkəzi şagirdlərinin əl işləri var. Əl işləri beş müxtəlif mövzunu əhatə edir. Gördüyünüz kimi, əsas mövzu Azərbaycan mütəfəkkirlərinin təsviri, dekorativ əşyalar, taxta üzərində dekorativ naxışlar, şəbəkə, mozaikadır. Bu bizim yaradıcılıq mərkəzinin ərsəyə gətirdiyi tətbiqi sənət nümunələrinin yalnız bir hissəsidir. İmkanınız olsa, gəlib bizim emalatxanada nə qədər maraqlı işlərin olduğunun şahidi olarsınız. Sizə onu da deyim ki, Zaqatalada xalq tətbiqi sənətinə həm uşaqların, həm də gənclərin marağı böyükdür. İstedadlı şagirdlərimiz də çoxdur. Bütün rayon miqyaslı tədbirlərdə daim iştirak edirik və işlərimiz maraqla qarşılanır. Bakıda təşkil olunan sərgilərdə də uşaq yaradıcılıq mərkəzi olaraq təmsil olunuruq, uğurlarımız da var.

 

Növbəti müsahibimiz Fəridə Aslanova isə sərgiyə öz təşəbbüsü ilə qatılıb. Təqdim etdiyi maraqlı işlər ziyarətçilərin də diqqətini çəkirdi:

- İşlərimiz əsasən dekorativ sənət nümunələridir. Özüm rus məktəbində rəqs müəlliməsiyəm, şagirdlər də həmin rəqs qrupunun üzvləridir. Sərgilərin birində nümayiş etdirdiyim əl işləri maraqla qarşılandı, daha sonra bu cür tədbirlərə qatılmağa başladım. Gül bayramında nümayiş etdirdiyim dekorativ gül işləmələri də böyük marağa səbəb oldu. Gördüyünüz kimi, budəfəki sərgi-yarmarkaya da güllə bağlı işlərlə qatılmışam. Başqa əl işlərim də var. Səbətlər, çəyirdəklərdən müxtəlif dekorativ əşyalar da düzəldirəm.

 

Əliabad qəsəbə Mədəniyyət evinin müdiri Əhmədiyyə Musayev isə bizimlə söhbətində sərgiyə gətirdikləri xalq tətbiqi sənəti nümunələrinin unikallığı barədə məlumat verdi.

- Buradakı əl işlərimizin əksəriyyəti toxuma ilə bağlıdır. Ancaq onları fərqləndirən əsas cəhət qarğıdalı qabığından və yarpağından toxunmasıdır. Səbətlər, dəbilqə, gödəkcə qarğıdalı yarpağından toxunub. Mədəniyyət evinin xanım əməkdaşlarının yundan toxuduğu dekorativ ev bəzək əşyaları da burada sərgilənir. Sərginin xanım iştirakçıları bu nümunələri maraqla qarşıladılar. Ümumiyyətlə, rayonrespublika tədbirlərində tez-tez iştirak edirik. Sağ olsunlar, İctimai Televiziya da bizim işlərimizi nümayiş etdirmişdi.

Nümayiş olunan tətbiqi sənət nümunələrinin qiyməti barədə sualıma cavabında isə müsahibim əl işlərini razılaşma yolu ilə satdıqlarını dedi. Biz də qarğıdalı qabığından toxunmuş uşaq gödəkcəsini 5 manata aldıq.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2013.- 13 noyabr.- S. 9.