1935-də Xalq artisti... 37-də “Xalq düşməni”...

 

İkili illərin sənət və şəxsiyyət şərəfzadələrindən Abbas Mirzə Şərifzadə...

 

Tez-tezya vaxtaşırı rol dəyişmək sənət səhnəsindəkilərə şan-şöhrət gətirər, həyat səhnəsindəkilərə isə tör-töhmət. Birincilər haqda “hər gün bir rol oynayır, obraz yaradır” deyərlər, ikincilər barədə isə “gündə bir rola girir, cilddən-cildə düşür”. Birincilərin rolunu xalqın ədəb-irfan ədibləri yazır, ikincilərininkini isə öz şeytan xislətləri.

 

Elə ki buikincilik siyasət, hökmü-rəyasət səhnəsindəkilərə keçir, belədə - elə bu yazı qəhrəmanımızın dövründəki bir dramaturqdan təbiri-təbdillə desək, “vay şəələküm-mələküm!” Yaxud həmişəmüasir şairlərimizdən birinin məlum-məşhur misrasındakı bir ifadənin (“həkim”) bir hərfini dəyişməklə; “onda, hakim, salam-məleykim!”

ümumdünya dramaturgiyasının əbədilik laureatı olan məlum monoloqda səslənən, “qaş ilə göz arasında” məsəl-mətləbini xatırladan ilk iki sözün -

 

Ehtivası...

 

Bu mətləbə həm də ona görə toxundum ki, “Hamlet” Azərbaycan səhnəsinə ilk dəfə Abbas Mirzənin qədəmiylə ayaq açıb. Dünya teatrının (və teatr dünyasının) baş monoloqunun ədəbi-fəlsəfi “Olum, ya ölüm” sual-nidasının ilk səslənişi onun dilindən eşidilib. Və sən demə, 1927-ci ildə baş vermiş bu teatral “ayaqaçdı”nın həyati-repressial mənzil başına onca il, bu qoşa antonim xitabdakı ikinci səslənişin “vüsal”ına on bircə il qalırmış...

Hələ belə bir sənətkar ömrünə belə bir siyasətdar nömrə: “6453”. Bu, Abbas Mirzə Şərifzadənin istintaq işinin nömrəsidir. Qəsdən “say”ı yox, “nömrə”si yazdım. Əslində, bu məqamda “saytermini daha əlverişlidir - onun vurğunlarının, tamaşaçılarının, haqqında yazılan müxtəlif məqalə, monoqrafiya, “xatirat”ların sayı ilə ilgili beş-on kəlmə də doğurub bu yazının sözünə qüvvət vermək, xalq dilindəki “nömrə gəlir” ifadəsini də assosiasiya etmək üçün! Bu millətin qaymaqlarını yığıb ayranlaşdırmaq, çiyinlər üstündəki ali qafaları götürüb, altındakı xali muskullardan yararlanmaq kimi rəsmi-ideoloji nömrələri xatırlatmaq üçün...

Onu qırx dörd yaşını qeyd edəcəyi ad günü ərəfəsində həbs ediblər. Öz evində qandallayıblar. Mənzilində çox ciddi axtarış aparıb, “ciddidən-ciddi” “əşyayi-dəlil”lər tapıblar: “bir ədəd teatr qılıncı”, “iki ədəd teatr tapançası”. Dərhal da həbsi barədə arayış tərtib ediblər: “Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib”. “Əldə edilmişbu məlumatlar əslində, “dil”lərdən edilmiş böhtanlardan ibarət olub. Məsələn, ağlagəlməz işgəncələrdən bezmiş Ruhulla Axundov belə bir məlumat verib: “...Mən özüm Milli Dram Teatrının direktoru Əli Kərimovu əksinqilabi millətçi təşkilata cəlb etmişəm, o isə öz növbəsində Abbas Mirzə Şərifzadəni həmin təşkilatla tanış etmişdir”.

Hə, həmin “əmrə-nömrə”li illərin bir-bir seçib, gülləyib-güllələmə günləri, sürgün-sürmə “vəsməli” saatları belənçik-belənçik davam edir, siyasət-sənəd yaradıcılığı millət-sənət yaradıcılığını üstələyir, “plan-öhdəlik!” bağıran hökumətlə işbirliyinə girmişfilan-filan” lakeyzadələr bəyzadələri, zatıqırıqlar əslzatları bolşevik maşınının baqajına qoymaqdan yorulmur, “sapılca” sözütapancasayaq yansıdılır, “günəş” ifadəsi “atəş” kimi danoslanır, “damdan-dama”, “həmdən-həmə” kimi orfoepiyalar QULAQ-“redaksiyada” redaktə edilibpadvaldan-padvala”, “zaldan-zalakimiçapolunurdu. Məsələn, bu gün - haqqında beş-on səhifə yazmağa, on-on beş fəsil oxumağa ərindiyimiz o boyda məhşər-məşəqqətlər epopeyasından hazırkı mövzuyla əlaqədar bircə bunu yazmaq kifayətdir ki, həmin teatrın direktoru Ə.Kərimov sözügedən millətçi təşkilatla bağlılığından danışarkən, Abbas Mirzənin adını qətiyyən hallandırmamış, israrla, bıqdırıcı dərəcədə - dönə-dönə edilən “Şərifzadə də?!” sualına rədd cavabı vermişdir.

Lakin Şərifzadənin Gəncədə olarkən (1932) iki-üç yol İran konsulluğuna getməsi, teatra, xüsusən Abbas Mirzə sənətkarlığına hədsiz sevgisindən hər axşam tamaşalarına gələn konsulun onları bir neçə dəfə iqamətgahına dəvət etməsi bu müqtədir teatr aktyoru, teatr-kino rejissoru, filmlər rəhbəri və bu qədər böyüklüklərə qadir ola-ola, tarixə həm də “ustad filmmontajçı” kimi düşmüş bir korifeyimizin ömür kitabının bağlanmasına bəhanə-bəs olur...

Qısa bir ömürdə çox uzun, çox zəngin bir sənət yolu getmiş, yüzlərlə təkrarsız obrazı, həyat və sənət duallığını ehtiva edən dialoqları, ayrı-ayrı “gizli” qəlbləri hayqıran monoloqlarıyla salonları lərzəyə gətirən bu fenomen zirzəmilərdə qeyri-adi pantomimliklə susurmuş...

...Nəhayət, dünyanın bütün dövrlərinin “sol yol”aqçısı, yal yalaqçısı olan “şahid”lər bu sənət, əqidə-əxlaq şəhidinə də ölüm hökmü çıxarılması uğuruna imza atdıra biliblər. Ürəyində yalnız “Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini, millətçi düşüncələrini təbliğ etmək” ittihamına qol qoyan Abbas Mirzə digər suallara yalnız susur, susur, su...sur...du...

Ona ölüm hökmünü (19 oktyabr 1938) imzalayanların bir aya qədər susmaları haqda isə o, güman ki, öz-özüylə - ürək dialoqu edirmiş. Bu gümani dialoqa səbəblər vardı: “- Bəziləri haqda bəzi ifadələrə qol qoyacağın təqdirdə güllələnmə hökmünü dəyişə bilərik” təklifinə “- Mən bilmədiyim bir məsələ, tanımadığım bir kəs haqda heç nə deyə bilmərəm!”- dirənişi etmişdi.

Çox o yan-bu yandan sonra, son söz: “Ümumiyyətlə, mən teatr, kino, səhnə-sənətdən başqa bir şey bilmirəm, vəssalam!”

uzun ömürdən məhrum edilmiş bu nakam mərhumun - qəti “vəssalam!” sahibinin əbədi gələcəyinə ehtiram, yaşıl keçmişindən isə -

 

Bir neçə kəlam...

 

“...başqa bir şey bilmirəm, vəssalam!” sözlərindən əvvəlki aləmə Abbas doqquz yaşında (əmisi Mirzə Məmməd Tağının sayəsində) qədəm qoymuşdu. Teatr sənətinə meylli, Şamaxıda dini tamaşalar hazırlayan M.M.Tağı günlərin birində “Şəbeh” tamaşasındakı əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır, özü isə Şümür surətini daha canlı yaratmaqçün gözlərində qəzəb, əlində qılınc bu zavallı əsir “qız”ın üstünə cumarkən Abbas qışqıra-qışqıra qaçıb, məzlum-müslimə qadınlar arasındakı anasının qucağına atdanır. Dindarların “mərasimi pozmuş bu uşağın” üstünə daha çılğınlıqla acıqlanıb-qəzəbləndiyini görən Abbas sonrakı tamaşalarda əmisini mələk, qılıncı lələk gözündə görürmüş.

O, 1903-cü ildə - on yaşında gimnaziyaya daxil olur, səhnə ilə daha böyük həvəslə maraqlanmağa başlayır və çox keçmir ki, bu əlaçı şagird məktəbin bütün tədbirlərinin baş qəhrəmanına çevrilir. Rola girərkən neçə-neçə “yad” insanın ona valideyn məhəbbətindən artıq nəvaziş və sevgi ilə baxmasından xüsusi zövq alan Abbas o illərdəki bir hadisəni bütün həyat və yaradıcılığı boyu xüsusi bir həyəcanla xatırlayırmış. O “hadisə”nin içində on bir yaşlı Abbas, onun tədbirdə şeir söyləmək arzusunu məmnuniyyətlə qəbul edən gimnaziya müəllimi və söylədiyi “Şairin ölümü” (Lermontov) şeirinə gurlayan alqışlar vardı. “Şeiri söyləyəndə elə bilirdim, dilim ağzımda şişibdir. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.

Canında baş verən bu ilk “sənət zəlzələsi”ni 1937-də baş verən siyasi vəlvələyə qədərki hər şeydən - müsbətli-mənfili hər olaydan daha çox yad edən Abbas hərdən doğum günü (12 dekabr 1893) Şamaxının Yuxarı Qala məhəlləsinə yağmış “dizdənyuxarı qarhaqda anasının danışdığı “Ağappaq qar nağılı”nı, 1902-ci il zəlzələsindən sonra Bakıya köç edən atası Mirzə Rəsulun onu ya ticarətçi, ya çinovnik görmək arzusunu da xatırlayırmış...

...Əcəba, əgər o, xatırladıqları içərisində sonuncu iki peşədən hər hansı birinin ardınca getsəymiş, sonralar onun saysız-hesabsız pərəstişkarları, yüzlərlə yazı yazmış oçerkçilər, tənqidçilər, teatr-kino mütəxəssisləri, milyonlarla oxucu, kino-televiziya tamaşaçıları sənətimizi -

 

Onsuz...

 

xatırlayacaqmışlar...

On beş yaşında Molyerin “Zorən təbib” əsərinin tamaşasında oynadığı epizodik roldan üç il sonra onu bir sənətkar kimi təsdiq edən Qacar obrazını yaradır. Bu ilk böyük uğur, hətta əsərin müəllifi Ə.Haqverdiyevin onuŞah Qacarın padşah yaradıcısı!” adlandırması Abbas Mirzədə qətiyyən arxayınçılıq yaratmır. Sənətin “gecə-gündüz”, “vaxt-bivaxt” təyinli axtarışlarını, ləzzət dolu narahatlıqlarını davam etdirən gənc aktyorun adı - otuz yaşına çatmamış, artıq müqtədir səhnə ustaları sırasının önlərində yer alır. Teatr tənqidi, neçə-neçə adlı-sanlı sənət xadimiAbbas Mirzə fenomenihaqda danışır, məqalələr yazır, fikir bölüşürlər. Bu fikirlərdən ən ümumşayanı səhnəmizin əbədi atası C.Cabbarlıya məxsus idi: “Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənmişdir. Lakin o, böyük bir talantdır. O öz-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər, o, sənətlə bahəm doğulmuşdur. Sənət onun qanında, iliyindədir. Zatən məktəb sənətkar yetişdirmir. Sənət sənətkara öz təbii istedadını genişləndirməyi, onu necə işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bir zövq vardır. O bir sənətkar, yaradıcı bir talantdır!”

Bu talant Azərbaycan səhnəsi və bu məbəd-məktəbin davamçıları üçün Otello, Şeyx Sənan, Don Kixot, Oqtay, Karl, Teymur Ağa, Maqbet, Səyavuş, Hamlet, İblis, Dəli Knyaz kimi nümunə-obrazlar qalereyası yaradıb getdi. O, roldan-rola inkişaf edir, dəyişir və zaman keçdikcə Azərbaycanın teatr salonunun ab-havasını da dəyişirmiş. Bu dəyişimi kino sahəsində də reallaşdıracaqmış ki, milliliyi lillilər, örüşü dəyişkən-sürüşkənlər bundan duyuq düşüb, qarşısını alıblar.

O başqalarını yaşaya-yaşaya özünü unudubmuş. Başı başqalarını yaşamağa necə qarışmışıbsa, bu sənət qeyrətli yolun onu “37” doğanağına doğru aparacağının fərqinə vara bilməyib.

Düzü, mən də bu həzin-hüzn labirintindən çıxıb dahayazmaq gərəkliyinə vara bilmir və “sağlıq olsundeyib, bu fraqmental yazımı nöqtələyirəm...

 

Tahir Abbaslı

 

Məədəniyyət.- 2013.- 15 noyabr.- S. 13.