I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının
münsifləri elan olunub
Festivalın müsabiqə proqramına
31 ölkədən 78 film daxil
edilib
20-24 noyabr
2013-cü il tarixində Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivalın müsabiqə
proqramına 31 ölkədən
78 film daxil edilib.
Nizami Kino Mərkəzində
nümayiş olunacaq filmləri kinematoqrafçılardan,
həmçinin səyahət
və turizm ekspertlərindən ibarət
7 nəfərlik beynəlxalq
münsiflər heyəti
qiymətləndirəcək. Münsiflər
heyətinin 3 üzvü
Azərbaycan (Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov), 4 üzvü
isə (Aleksandr Kammel, Lela Krstevska, Devid Kuper, Qriqoris
Koulbanis) xarici ölkələrin təmsilçisidir.
Münsiflər heyətinin sədri Azər Qərib 400-dən
artıq sənədli
film və televiziya proqramının müəllifidir. Dünyanın 80-ə yaxın ölkəsinə
səyahət edən
Azər Qərib milli televiziya məkanında yayımlanan
"Oralar" verilişinin
müəllifidir. 1news.az,
azru.tv, yurd.tv internet səhifələrində
"Azər Qəriblə
saat 5-də" verilişinin
aparıcısı və
müəllifi, eləcə
də azru.tv internet telekanalının
təsisçisi və
baş redaktorudur.
Münsiflər heyətinin
üzvü Vasif Babayev (Azərbaycan) 45-dən
çox sənədli
filmin rejissoru, Beynəlxalq Televiziya və Radio Akademiyasının
akademiki, Xalq artisti, Prezident təqaüdçüsüdür. Filmləri müxtəlif festivallarda mükafatlara layiq görülüb. Vladivostok, Bakı, Almatı və Kiyevdə keçirilən festivallarda
münsiflər heyətinin
üzvü olub.
Kinorejissor Cəmil Fərəcov onlarla sənədli filmin, "Mozalan" satirik kinojurnalı üçün 30-dan çox
bədii və sənədli süjetlərin,
"Arvadım mənim,
uşaqlarım mənim"
bədii televiziya filminin, xronikal kino jurnallarının rejissoru və ssenari müəllifidir. Münsiflər
heyətinin üzvü
Aleksandr Kammel (Avstriya) "Österreichisches"
film yayımı şirkətinin
rəhbəri və şəriki, "Film+Video"
jurnalının baş
redaktoru, dünyanın
ən böyük avtomobil film və multimedia
festivalı "AutoVision"un,
Vyanada keçirilən
alman dilli ölkələrin "Viktoriya
Qran pri" kinofestivalının, ən
mötəbər turizm
film festivallarının daxil
olduğu CIFFT - Turizm
Film Festivalları Beynəlxalq
Komitəsinin direktoru,
Kann Media və TV, Avstriya Korporativ Filmlər mükafatlarının
təşkilatçısıdır.
Xanım Lela Krstevska Makedoniyanın Turizm üzrə İqtisadi Palatasının
prezidenti, Milli Turizm Komitəsinin, Sahibkarlıq
və İnnovasiya sahəsində Milli Şuranın
idarə heyətinin üzvüdür. Fransanın Kann şəhərində
keçirilən TV-Media mükafatları
kinofestivalında və
Zaqreb “Turfilm” festivalında münsiflər
heyətinin üzvü
olub.
Devid Kuper (Böyük Britaniya) Readmore "Global" beynəlxalq
layihəsinin icraçı
direktoru, korporativ və sənədli filmlər üzrə prodüserdir. Korporativ media məhsullarının dünyada yayımı və yeni turizm
mədəniyyətinin inkişafı
üzrə ixtisaslaşıb.
Qriqoris Koulbanis (İsveçrə) UNESCO-nun ekoloji elmlər bölməsi ilə çalışır, ətraf mühit və media sahələrində Sarıçay və Yançen qoruğu, Dunay çayı və Xəzər dənizi haqqında məruzələr yazıb. 20 illik peşəkar fəaliyyəti ərzində 5 qitədə və 50-dən çox ölkədə çalışıb. Kinorejissor kimi ətraf mühit mövzusunda bir çox kino və televiziya layihələrinə rəhbərlik edib.
Münsiflər heyəti hər kateqoriya ("Ölkə, region, şəhər", "Mədəniyyət, ənənə", "Ekstremal turizm", "Ekoloji turizm", "Reklam filmləri", "TV filmləri") üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq.
I yerə (Qızıl mükafat) diplom, mükafat və 2000 avro pul, II yerə (Gümüş mükafat) diplom və mükafat, III yerə (Bürünc mükafat) diplom və mükafat təqdim ediləcək.
Festivalın ən yaxşı filminə (Qran pri) diplom, mükafat
və 4000 avro pul təqdim olunacaq.
Noyabrın 20-də festivalın münsiflər
heyəti üzvləri
və təşkilat komitəsinin nümayəndələrinin
iştirakı ilə
mətbuat konfransı
keçiriləcək. Həmin
gün Nizami Kino Mərkəzində açılış
filmi olaraq Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə çəkdiyi "Qafqaza
qayıdış" filmi
nümayiş olunacaq.
Proqram və münsiflər heyətinin
üzvləri haqqında
daha ətraflı məlumatı www.bitff.az veb-saytından
əldə etmək mümkündür.
Bakı
Beynəlxalq Turizm Filmləri Festivalının
rəsmi sponsoru Garant Holdinq, sponsoru Nar Mobile, rəsmi tərəfdaşı JW Marriot Absheron Baku, informasiya dəstəkçiləri İctimai
Televiziya, APA Holdinq və day.az saytıdır.
Festivalın təşkilati işlərini
"Azanfilm" studiyası
həyata keçirir.
Mədəniyyət.- 2013.- 15
noyabr.- S. 3.