“Azərbaycanda
dövlətin teatra qayğısı bizi heyran etdi”
II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı iştirakçılarının təəssüratları
Mədəniyyət
və Turizm Nazirliyi və
Beynəlxalq Kukla Teatrları
Assosiasiyasının (UNİMA) birgə təşkilatçılığı
ilə keçirilən “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı sona
yaxınlaşır. Noyabrın 9-da başlanan
festivala səkkiz ölkədən doqquz teatr qonaq
gəlib. Beynəlxalq tədbirə UNİMA-nın rəhbər
şəxsləri də qatılıb.
Onların bir qismi ilə həmsöhbət olub təəssüratlarını öyrəndik. Qonaqlar bu sənət bayramından zəngin təəssüratla ayrılacaqlarına əmin olduqlarını bildirdilər. Festivalın əməkdaşlığa və təcrübə mübadiləsinə böyük töhfələr verəcəyini vurğuladılar.
Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) prezidenti Dadi Padamçi:
- Festivalda elə ilk gündən hər şey maraqlı oldu. Həm festivalın açılışı,
həm də nümayiş olunan ilk tamaşa festival günlərinin
rəngarəng keçəcəyindən
xəbər verirdi.
Azərbaycan Dövlət Kukla
Teatrının təqdimatında
Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri”
tamaşası (dilinizi
başa düşməsəm
də) həddən artıq xoş təsir bağışladı.
UNİMA-nın baş katibi Jak Tüdor:
- Növbəti dəfə şəhərinizdə qonağam.
Ötən festivalda olduğu
kimi, builki festivalda da əhalinin
tamaşalara axın-axın
gəldiyinin şahidi
oluram. Bu sizin ölkədə sənətə verilən
qiymətdən xəbər
verir. Azərbaycan
artıq ikinci dəfədir ki, belə möhtəşəm
festivala ev
sahibliyi edir. İnanıram ki, festival davamlı olacaq və dünyanın hər bir tərəfindən
gələn kukla ustaları sizin əsrarəngiz mədəniyyətinizlə
yaxından tanış
olmaq imkanı əldə edəcəklər.
Beynəlxalq Teatr İnstitutunun
Yaxın Şərq ölkələri üzrə
koordinatoru İbrahim Assiri:
- Ölkənizdə teatr tədbirlərində bir neçə dəfə iştirak etmək imkanım olub. Aktyorlarla ünsiyyətdə olmuşam
və tamaşalara baxmışam. Buna görə də Azərbaycan teatrı ilə bağlı çox gözəl təəssüratlarım var. Teatrın
inkişafı mənə
xoş təsir bağışlayır. Kukla teatrları
festivalı isə həm uşaqlar üçün bir bayramdır, həm də biz böyüklər
üçün təcrübə
mübadiləsidir. Bu baxımdan düşünürəm
ki, Azərbaycanla əməkdaşlıq bizim
üçün çox
önəmlidir. Mən bu
əməkdaşlığı gələcəkdə də
davam etdirmək fikrindəyəm.
“British
Council” təşkilatının Azərbaycan nümayəndəliyinin
direktoru Elizabet Vayt:
- Böyük Britaniyanın
bu festivala qatılmasından məmnunam
və buna çox sevinirəm. Təşkilatçılara minnətdarlığımı
bildirirəm. Bu addım ölkənin mədəniyyət siyasətinin
ən yaxşı nümayişi deməkdir və düşünürəm
ki, festival gələcəkdə
də ölkələrarası
mədəni əməkdaşlıqda
böyük əhəmiyyət
daşıyacaq.
Festivallar həmişə mühüm
əhəmiyyət kəsb
edirlər. Çünki bu tədbir vasitəsilə insanlar digər ölkələrin
mədəniyyəti ilə
yaxından tanış
ola bilirlər. Belə tədbirlər həm də görüşmək
və fikir mübadiləsi aparmaq üçün gözəl
bir şansdır.
Çox
şadam ki, festival gözəl təşkil edilib və nümayiş olunan tamaşalar da olduqca yüksək səviyyəyə cavab verir.
Obraztsov
adına teatrın (Rusiya) bədii hissə müdiri Nina Monova:
- Bütün həmkarlarımı
və Azərbaycan kukla ustalarını belə möhtəşəm
festival münasibətilə təbrik edirəm. Ona görə ki, onlar ikinci
dəfə belə bir sənət bayramına ev
sahibliyi edirlər. Dünyanın bir çox
ölkələrindən kukla
teatr ustalarını bir araya gətirmək
özü böyük
bir zəhmətdir və buna görə
də təşkilatçılara
minnətdarlığımı bildirirəm. Görüşmək, tamaşalar təqdim etmək təcrübə
mübadiləsi aparmaq
çox mühüm amillərdəndir. Biz bu gün öz
tamaşalarımızı nümayiş etdirməklə
sübut edirik ki, kukla teatrları
müasir dövrdə
həddən artıq
inkişaf etmiş və müasirləşmişdir.
Bu sənət digər sənət növlərindən fərqli
olaraq həm uşaqlara, həm də böyüklərə
sevinc bəxş edir. Bütün sənət dostlarıma
bu festivalın daimi olmasını arzulayıram.
Karen Anne Smit (Avstraliya):
- Azərbaycanda kukla teatrları festivalında
ilk dəfədir ki, iştirak edirəm. Şəhəriniz də çox
gözəldir. Festivalın ilk günündə sizin ölkənin tamaşasına
baxdım və çox bəyəndim.
Sizin teatrların dövlət tərəfindən maliyyələşdirilməsi
də mənim üçün maraqlı
fakt oldu. Bilirsiniz ki, bəzi ölkələrdə
bu belə deyil. Azərbaycanda dövlətin teatra
diqqət və qayğısı bizi heyran edir.
Hazırladı: Lalə Azəri
Mədəniyyət.- 2013.- 15
noyabr.- S. 5.