Xalq artisti Məcnun Kərimin xatirəsi yad edildi

 

Noyabrın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı bədii rəhbəri, Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Kərimin xatirə gecəsi keçirildi.

 

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq sənətkarın bu il oktyabrın 2-də dünyasını dəyişdiyini dedi: “Bu bizim üçün ağır itki idi. Bu gün isə onun xatirə gecəsinə toplanmışıq”.

Tədbirin aparıcısı, muzeyin filial müdiri Təranə Zeynalova tanınmış musiqişünasın həyat yolundan danışdı. Bildirdi ki, Məcnun Təbriz oğlu Kərim 1945-ci il sentyabrın 1-də Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət KonservatoriyasınınXalq çalğı alətlərişöbəsini bitirib. 1991-ci ildən Bakı Musiqi AkademiyasınınQədim musiqi alətlərinin bərpası təkmilləşdirilməsielmi laboratoriyasının müdiri vəzifəsində çalışıb. 1995-ci ildəAzərbaycanın qədim simli çalğı alətləri” (tarixi-nəzəri, bərpa təkmilləşdirmə məsələləri) mövzusunda dissertasiya müdafiə edib. 1996-cı ildə Qədim Musiqi Alətləri Dövlət Ansamblını yaradıb ansamblın bədii rəhbəri olub. 1998-ci ildən Bakı Musiqi AkademiyasnınXalq çalğı alətlərikafedrasında pedaqoji fəaliyyət göstərib. 2006-cı ildə Əməkdar artist, 2011-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

AMEA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi Zemfira Səfərova bildirdi ki, Məcnun Kərim ötən əsrin 80-ci illərindən musiqi sahəsində çalışıb. Azərbaycanın qopuz, çoqur, çəqanə, rübab, bərbəd, Şirvan tənburu, çəng, rud, səntur, qanun ney kimi qədim musiqi alətlərini bərpa edib. Sənətşünasın bərpa etdiyi 24 musiqi aləti hazırda muzeydə saxlanılır.

Qeyd olundu ki, Məcnun Kərim orkestrlə bərabər, orta əsrlərdə yaşayıb-yaratmış məşhur musiqiçilər musiqi nəzəriyyəçiləri Əbdülqadir Marağai Səfiəddin Urməvi tərəfindən yaradılan, XIV əsrə aid qədim əsərləri bərpa edib. Ə.Marağaidən zəmanəmizə 34 təsnif gəlib çatıb. Məcnun Kərimin yaratdığı Qədim Musiqi Alətləri Ansamblı bu təsniflərin üçünü ifa edir. S.Urməvidən dörd kiçik əsər qalıb, həmin əsərlər ansamblın repertuarına daxildir. O, dörd dildə nəşr olunanAzərbaycanın musiqi alətlərikitabının da müəllifi idi.

Bildirildi ki, ümummilli lider Heydər Əliyev 1996-cı ildə akademik Yusuf Məmmədəliyevin yubiley gecəsində ilk dəfə Qədim Musiqi Alətləri Ansamblının ifasını dinləyib. Ertəsi gün ulu öndər ansambla dövlət statusunun verilməsi barədə sərəncam imzalayıb.

Məcnun Kərim beynəlxalq konfranslara qatılıb, bərpa etdiyi musiqi alətləri dəfələrlə xarici ölkələrdə nümayiş olunub. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərənQədim musiqi alətlərinin bərpası təkmilləşdirilməsilaboratoriyasına xeyli vaxt rəhbərlik edib, “alətşünaslıqfənninin əsasını qoyub.

Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev qeyd etdi ki, Məcnun Kərim milli-mənəvi dəyərlərimizə qayğı ilə yanaşan musiqi mədəniyyəti xəzinəmizə öz töhfəsini verən sənətkarlarımızdan olub: “Onunla yaxından tanışlığım Novruz bayramında oldu. O öz ansamblı ilə bayram tədbirində çıxış edəcəkdi. Nəzərdə tutulmuşdu ki, bir mahnı ifa edəcəklər. Çıxışları o qədər maraqlı oldu ki, dörd mahnı ifa etdilər”.

Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullayeva, fizika-riyaziyyat elmləri namizədi Şahin Hacıyev başqaları sənətkarın musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışdılar, xatirələrini bölüşdülər. Bildirildi ki, hər bir musiqi alətinin bərpasına bir neçə il vaxt sərf olunub. Məsələn, “Nüsxəadlı qədim musiqi alətinin bərpası 3 ilə başa gəlib. Ustad həmin musiqi alətlərinin təsvir olunduğu bədii ədəbiyyatı, əlyazmaları, onların texniki parametrlərini öyrənib lazımi ağac növü seçmək üçün rayonlara səfər edib. Məcnun Kərim həmişə fəxrlə deyərdi ki, heç bir xalq bizim xalqımız qədər zəngin orta əsrlər mədəniyyətinə sahib deyil. Heç bir xalqın bu qədər qorunub saxlanılan, bərpa edilən istifadə olunan qədim musiqi aləti yoxdur.

Xatirə gecəsində Qədim Musiqi Alətləri Ansamblına Məcnun Kərimin adının verilməsi ilə bağlı təklif səsləndi. Məcnun Kərimin yaxın qohumu Həsən Həsənov mərhumun ailəsi adından tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi.

Sonda konsert proqramı təqdim olundu. Qədim Musiqi Alətləri Ansamblı öz repertuarından əsərlər səsləndirdi.

 

Savalan

 

Mədəniyyət.- 2013.- 20 noyabr.- S. 6.