Dolufilmi Lənkəranda

 

Noyabrın 12-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində millət vəkili, yazıçı-publisist Aqil Abbasın eyniadlı romanının motivləri əsasında “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Dolu” bədii filminin təqdimat mərasimi keçirilib.

Filmin ssenari müəllifi Aqil Abbas mərasimi giriş sözü ilə açaraq ilk növbədə Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Romanonun ekran həyatı haqqında fikirlərini bölüşüb.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunubssenari müəllifi onları tamaşaçılara təqdim edib. Daha sonra film nümayiş etdirilib.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Elxan Cəfərovdur. Rollarda Məmməd Səfa, Fuad Poladov, Rza Rzayev, Elvin Əhmədov və başqaları çəkilib.

Filmə baxışdan sonra Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müəllifə və yaradıcı heyətə lənkəranlılar adından minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2013.- 13 noyabr.- S. 2.