Avrasiya İpək Yolu
Universitetləri Konsorsiumunun
qurultayı
Hindistanın Bubanesvar şəhərində
Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) 4-cü illik
qurultayı keçirilib. Tədbirdə
Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov
iştirak edib. Türkiyənin Atatürk
Universitetinin təşkilatçılığı
və Hindistanın Kalinqa Sənaye Texnologiyası Universitetinin
ev sahibliyi
ilə keçirilən
qurultayın əsas mövzusu İpək Yolu boyunca sosial,
mədəni və qlobal məsələlərin
araşdırılması olub.
16 bölmədə təşkil
edilən tədbirdə
iştirakçılar ali təhsildə ən yaxşı idarəetmə təcrübələri,
birgə tədqiqat layihələrini müzakirə
ediblər.
Səfər çərçivəsində ATİ-nin Hindistanın Kalinqa Sənaye Texnologiyası Universiteti, Türkiyənin Muş Alparslan Universiteti və Amasya Universiteti ilə əməkdaşlıq sənədləri
imzalanıb.
Mədəniyyət.- 2013.- 15 noyabr.- S. 4.