“Şərəf
rəmzi”
Oğuz rayon Mədəniyyət evində Dövlət Bayrağı Gününə həsr edilmiş “Şərəf rəmzi” adlı ədəbi-bədii gecə keçirilib. Rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Daşdəmirov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Arizə Xudiyeva, Ərmənət kənd klubunun işçisi Arəstə Hüseynova, uşaq kitabxanasının müdiri Kəmalə Cəfərova, “Oğuz yurdu” qəzetinin redaktoru Nazim Hüseynli çıxış edərək əlamətdar günün tarixi əhəmiyyətindən söz açıblar.
Tədbirdə vətənimiz və bayrağımız haqqında mahnılar səslənib, məktəblilər arasında bayraq mövzusunda da şeir müsabiqəsi keçirilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ulduz Baxışova müsabiqənin qaliblərinə hədiyyələr təqdim edib.
Məleykə Lətifova,
Oğuz rayon Mədəniyyət
evinin metodisti
Mədəniyyət.- 2013.- 15
noyabr.- S. 12.