Görkəmli
xalçaçı rəssam Lətif Kərimovun xatirəsi
anılıb
Noyabrın 15-də
Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyində Xalq
rəssamı Lətif Kərimovun anadan
olmasının 107-ci ildönümü qeyd edilib.
Muzeyin direktoru Röya Tağıyeva, qədim el sənəti növlərindən olan çətən ustası, Lətif Kərimovun tələbəsi Tarier Bəşirov Azərbaycanda xalçaçılığın inkişafında və beynəlxalq aləmdə tanıdılmasında xüsusi xidmətləri olan sənətkarın həyat və fəaliyyətindən geniş söz açıblar.
Qeyd olunub ki, dünyada ilk xalça muzeyinin Azərbaycanda açılmasında əvəzsiz rol oynamış rəssam xalçalarımızı ilk dəfə tədqiq edərək onları növlərə, qruplara, məktəblərə ayırıb. Onun müəllifi olduğu üçcildlik “Azərbaycan xalçası” kitabının xalça sənətinin hərtərəfli tədqiqi, zəngin bədii irsimizin öyrənilməsi və mənimsənilməsi sahəsində əvəzsiz əhəmiyyəti var.
Tədbirdə rəssama həsr olunmuş “Ömrün
naxışları” sənədli filmi nümayiş olunub. Sonra iştirakçılar “İlmələrdə
keçən ömür” adlı sərgi
ilə tanış olublar. Sərgidə Lətif
Kərimovun kitabları, şəxsi əşyaları,
“Çiçəkli buta”, “Səfiəddin
Urməvi”, “Ləçək-turunc” və “Şəbi-hicran”
xalçaları nümayiş etdirilib.
Mədəniyyət.- 2013.- 20
noyabr.- S. 13.