Sumqayıt
teatrında “Daşdəmirin nağılı”
H.Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Daşdəmirin
nağılı” adlı tamaşa
hazırlanıb.
Azərbaycan xalq nağılının motivləri əsasında balaca tamaşaçılar üçün hazırlanan səhnə əsəri noyabrın 23-24-də teatrsevərlərin ixtiyarına veriləcək. Səhnə əsərinin quruluşçu rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Nizami Dadaşov, baletmeysteri Vüsal Mehrəliyev, musiqi tərtibatçısı Telman Qəniyevdir.
Rolları Fuad Kazımov, Yeganə Məmmədəliyeva, Mətanət Əmirquliyeva, İlqar İbrahimov, Rövşən Əsgərov, Vaqif Şəmsizadə, Dağlar Rüstəmov, Fazilə Rzayeva, İlahə Səfərova ifa edirlər.
Yaradıcı kollektiv daha bir tamaşanın məşqlərinə
başlayıb. “Dərviş və ölüm”
adlı tamaşa psixoloji
dram janrındadır. Vaqif
Vəlixanlının səhnələşdirdiyi əsərin
quruluşçu rejissoru
Əməkdar artist Namiq
Şirməmmədov, rəssamı Arif
Müzəffərov, musiqi tərtibatçısı
Telman Qəniyevdir.
Mədəniyyət.- 2013.- 22
noyabr.- S. 6.