Mədəniyyət və Turizm Nazirliyi ilə Həmkarlar İttifaqı arasında yeni saziş imzalandı

 

“Çalışmaq lazımdır ki, Həmkarlar İttifaqının fəaliyyəti turizm müəssisələrini yetərincə əhatə etsin

 

Noyabrın 20-də Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsi (AMİMHİRK) arasında növbəti iki ili əhatə edən kollektiv sahə sazişinin imzalanması mərasimi keçirildi. 12 bölmədən ibarət olan sənəd mədəniyyət və turizm sahəsində çalışanların sosial hüquqlarını özündə əks etdirir.

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki təşkilat arasında mövcud olan əlaqələri yüksək qiymətləndirdi. Bildirdi ki, Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq müsbət nəticələrini göstərir. Eyni zamanda hər bir işçi öz hüquqlarını bilməli, mövcud qaydaların tənzimlənməsindən xəbərdar olmalıdır: “Hər bir idarədə çalışan insan özünə qarşı diqqət və qayğı hiss etdikdə işinə daha yaxşı yanaşır. Həmkarlar İttifaqı ilə apardığımız birgə onu göstərir ki, bu təşkilat böyük nüfuza malikdir. Qeyd etmək istərdim ki, nazirliyin həmkarlar təşkilatı da fəal bir qurumdur və qəbul olunan qərarlarının yerinə yetirilməsinə, kollektivdə sağlam ruhun formalaşdırılmasına, sosial problemlərin həllinə öz dəstəyini verir. Düşünürəm ki, növbəti illərdə də həmkarlar təşkilatı bu işlərini davam etdirəcək. Biznazirlik olaraq bu qurumun fəaliyyətinə məsuliyyətlə yanaşır və onların verdiyi təklifləri dəstəkləyirik”.

Nazir qeyd etdi ki, turizm sahəsi daha çox müstəqil biznes kimi fəaliyyət göstərdiyindən bu prosesə fəal qoşulmur: “Gələcəkdə çalışmaq lazımdır ki, Həmkarlar İttifaqının fəaliyyəti turizm müəssisələrini yetərincə əhatə edə bilsin. Çünki turizm mədəniyyətin ayrılmaz hissəsidir”.

Əbülfəs Qarayev nazikliklə AMİMHİRK arasında növbəti kollektiv sazişi dəstəklədiyini bildirdi: “Bu gün mədəniyyət sahəsində görülən işlərin həcmi və miqyası çox böyükdür. Biz bu proseslərin iştirakçıları və təşkilatçıları olaraq bəlkə də bunu hiss etmirik. Amma bütövlükdə götürsək, görərik ki, ölkəmiz nə qədər böyük, mötəbər tədbirlərə ev sahibliyi edib. Qarşıdakı illərdə də Azərbaycan yenə dünyanın diqqət mərkəzində olacaq. İnanıram ki, nazirliyin digər təşkilatlarla qarşılıqlı əməkdaşlığı hər zaman işimizə böyük dəstək verəcək”.

AMİMHİRK-nın sədri Cəmilə Səttarova Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirərək nazirliklə təmsil etdiyi qurum arasında 2009-2012-ci illəri əhatə edən sazişin müddətinin bitdiyiniyeni sazişin imzalanmasının zəruriliyini vurğuladı. Sazişin imzalanması üçün ikitərəfli komissiyanın səmərəli işlədiyini deyən Cəmilə Səttarova 2014-2016-cı illəri əhatə edəcək yeni sazişin əvvəlkilərdən fərqləndiyini bildirdi.

Cəmilə Səttarova “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi döş nişanı”nı Əbülfəs Qarayevə təqdim etdi. Sonra tərəflər arasında saziş imzalandı.

Sonra 2009-2012-ci illəri əhatə edən sahə sazişinin həyata keçirilməsində göstərdikləri fəallığa görə nazirliyin bir qrup əməkdaşı mükafatlandırıldı. Aparat rəhbərinin müavini, Kadrlar şöbəsinin müdiri, Həmkarlar ittifaqı komitəsinin sədri Cavanşir Cəfərov, Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə, İşlər şöbəsinin müdiri Kamal Kazımov, Maliyyə-iqtisad şöbəsinin müdiri Natiq Abdullayev, Ümumi şöbənin müdiri Əli Rəsulov, İnvestisiyatexniki proqramlar şöbəsinin müdiri Ruslan Abdüləlimov, Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov, Maliyyə-iqtisad şöbəsinin müdir müavini Olqa Qaloçkina, Kadrlar şöbəsinin müdir müavini Yusif Səfərov, Maliyyə-iqtisad şöbəsinin aparıcı məsləhətçisi Nərgiz İslamova, Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, şöbənin sektor müdiri Vüqar Şıxəmmədov, Kinematoqrafiya şöbəsinin sektor müdirləri Aydın Hüseynov, Yusif Şeyxov, Kadrlar şöbəsinin baş məsləhətçisi Leyla Məmmədova, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, Mədəniyyət siyasəti şöbəsinin aparıcı məsləhətçisi Rəşad Əliyev, İşlər şöbəsinin aparıcı məsləhətçisi İlkin Heydərov, Elm və təhsil şöbəsinin məsləhətçisi Vüqar Baxışov, Maliyyə-iqtisadiyyat şöbəsinin məsləhətçisi Elçin EyvazovÜmumi şöbənin böyük mütəxəssis-inspektoru Samirə Ağayevaya fəxri fərman və pul mükafatı təqdim edildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 5.