İş təcrübəsi karyera üçün investisiya kapitalıdır
«Fairmont Baku» hotelində Turizm İnstitutunun tələbələri ilə görüş keçirilib
Noyabrın 19-da «Fairmont Baku» hotelində Azərbaycan
Turizm İnstitutunun
100-ə yaxın tələbəsi üçün
karyera və təcrübə imkanları
ilə tanışlıq məqsədilə görüş
keçirilib. Hotelin əməliyyatlar
üzrə direktoru Francis
Desjardins tələbələri salamlayaraq belə görüşlərin
mütəmadi olacağına inandığını deyib.
Hotelin təlim və inkişaf üzrə direktoru Sonya Flood 127 yaşlı «Fairmont» hotellər şəbəkəsinin tarixi, iş imkanları, hədəfləri, Azərbaycanın genişlənən turizm potensialı barədə təqdimatla çıxış edib. O, çıxışında tələbələrin diqqətinə çatdırıb ki, qarşılıqlı hörmət, səmimiyyət, gülərüzlülük biznes fəaliyyətinin genişlənməsinin açarıdır. Təcrübə, iş, məzun proqramlarını detallı şərh edən xanım Sonya Flood ATİ tələbələrini bu proqramlardan yararlanmağa çağırıb.
«Fairmont Baku» hotelinin konfrans xidmətləri və iaşə üzrə koordinatoru İlkin Rüstəmov isə ATİ-nin ilk məzunu olaraq çalışdığı brend müəssisədə tələbələri qarşılamaqdan məmnunluğunu vurğulayıb. Görüşün sonunda tələbələr hoteldə xidmət mədəniyyəti ilə tanış olublar.
Fəxriyyə
Mədəniyyət.- 2013.- 22
noyabr.- S. 5.