Qusarda mədəniyyət işçiləri üçün dəyirmi masa

 

Noyabrın 21-də Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Qusar rayonunda dəyirmi masa təşkil edib. Tədbirdə Qusarın və ətraf rayonların 100-dək mədəniyyət işçisi iştirak edib. Mərkəzin direktoru Ramazan Şabanov tədbiri açaraq Prezident İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" barədə danışıb. Tədbirin Milli Fəaliyyət Planının müvafiq bəndinin icrası ilə bağlı təşkil edildiyini bildirib. DirektorKorrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunla bağlı məruzə ilə çıxış edib.

Dəyirmi masada mövzu ilə bağlı məruzələri dinlənilib, müzakirələr aparılıb. Qeyd edək ki, bu, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin regionlarda keçirdiyi sayca beşinci dəyirmi masadır.

 

Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 4.