“Kimlər gəldi, kimlər getdi

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli uşaq incəsənət məktəbində Xalq artisti Mirzə Babayevin 100 illik yubileyinə həsr olunmuş “Kimlər gəldi, kimlər getdimövzusunda tədbir keçirilib. Tədbirdə məktəb şagirdlərinin müğənninin oxuduğu mahnılara çəkdikləri rəsmlər nümayiş etdirilib. Sonra Mirzə Babayevin lent yazısı səsləndirilib və müğənni haqqında çəkilmiş film nümayiş olunub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Mehriban Qurbanova və məktəbin müəllimi Təranə Salamovabaşqa çıxış edənlər unudulmaz sənətkarın həyat və yaradıcılığından söhbət açıblar. Sonda xanəndə və vokal ixtisasları üzrə təhsil alan şagirdlərin ifasında ustadın repertuarından mahnılar səsləndirilib.

 

Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 4.