Beynəlxalq festival çərçivəsində filmlər təqdim edilib

 

Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramına daxil olan ekran əsərlərinin nümayişi davam edir. Noyabrın 21-də “TV məhsulları” və “Ekstremal turizm” nominasiyaları üzrə filmlər göstərilib.

“TV məhsulları” kateqoriyasında Azərbaycan, Rusiya, Qırğızıstan, Slovakiya, Bolqarıstan və Rumıniyanın istehsalı olan filmlər nümayiş etdirilib.

Ekstremal turizm” üzrə isə İsveçrə, UkraynaAvstriya, İspaniya və Qazaxıstan, Polşa, Gürcüstan, ABŞ və Azərbaycan, Bolqarıstan, Rusiya Federasiyasının filmləri təqdim olunub.

 

Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 2.