Bəstəkar və
dirijor Əziz Əzizlinin 80 illik yubileyi
Noyabrın 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bəstəkar və dirijor Əziz Əzizlinin 80 illik yubileyi qeyd olunub. Tədbirdə Bəstəkarlar İttifaqının katibləri, sənətşünaslıq namizədi Lalə Hüseynova, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və başqaları Əziz Əzizlinin yaradıcılığından söhbət açıblar.
Bildirilib ki, Ə.Əzizli Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Qara Qarayevdən dərs alıb. Bəstəkarın estrada janrında, estrada orkestri üçün yazdığı “Vals”, “Mart ayında musiqi”, “Belə də olar”, “Görüşənədək” və s. əsərləri qısa zamanda geniş auditoriya tərəfindən populyarlıq qazanıb. Vokal-simfonik əsərlər sırasında “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər” simfonik poeması, “Qadın ürəyi” poema-monoloqu Ə.Əzizlinin yenilik axtarışlarının nəticəsi idi.
Gecədə Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin
müşayiəti ilə bəstəkarın əsərlərindən
parçalar səsləndirilib.
Mədəniyyət.- 2013.- 22
noyabr.- S. 2.