Gənc bəstəkarımızın
ABŞ-da müəllif konserti
Noyabrın 19-da ABŞ-ın Sinsinnati Universitetindəki “Cohen Family Theater”də gənc Azərbaycan bəstəkarı Türkər Qasımzadənin müəllif konserti keçirilib. Konsertdə bəstəkarın müxtəlif mövzularda yeddi əsəri səsləndirilib. “Abşeron illuziyaları” (elektron musiqi), “Yarpaqlarda ağacın təkrarı” (alt saksafon və zərb aləti), “Bu axşam” (soprano və klarnet), “9 rübai” (fleyta və akustik gitara), “Zühur” (Qara Qarayevin xatirəsinə həsr edilmiş - soprano, zərb aləti və strun klarnet) və digər əsərlər dinləyicilər tərəfindən maraqla qarşılanıb. Əsərləri universitetin professional musiqiçiləri ifa ediblər.
Türkər Qasımzadə hazırda ABŞ-da yaşayır və Heydər
Əliyev Fondunun dəstəyi ilə musiqi sahəsi üzrə orada
doktorluq dərəcəsi almaq
üçün kurslar
keçir.
Mədəniyyət.- 2013.- 22
noyabr.- S. 2.