Qarabağ: folklor da bir tarixdir

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun nəşri olanQarabağ: folklor da bir tarixdirkitabının V cildi çapdan çıxıb. Bu cilddə Bərdə, Füzuli, Ağdam, Şuşa Zəngilan rayonlarının folklor nümunələri toplanıb.

Toplunun layihə rəhbəri institutun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, redaktoru filologiya üzrə fəlsəfə doktoru Əfzələddin Əsgərdir.

Kitab institutun reallaşdırdığıQarabağ folklorunun toplanması, sistemləşdirilməsi araşdırılmasılayihəsi çərçivəsində işıq üzü görüb. Layihənin məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, nəşr etmək, araşdırmaq təbliğ etməkdir. Məqsəd həm bölgənin folklor resurslarını müəyyənləşdirmək, onun sosial-mənəvi həyatında folklorun iştirakının fəallıq dərəcəsi haqqında müəyyən təsəvvür əldə etməkdir.

 

 

 

Mədəniyyət.- 2013.- 27 noyabr. - S.15.