Salyanda musiqi və incəsənət
məktəbləri rəhbərlərinin
zona müşavirəsi
Noyabrın 19-20-də Salyan rayonunda Mədəniyyət və Turizm Nazirliyinin iş planına uyğun olaraq Salyan, Saatlı, Sabirabad və Neftçala rayon uşaq musiqi və incəsənət məktəblərinin rəhbərlərinə elmi-metodiki və sənədlərlə iş sahəsində əməli kömək göstərilməsi məqsədilə zona müşavirəsi keçirilib. Tədbirdə sözügedən rayonların uşaq musiqi və incəsənət məktəblərinin (Salyan rayonu üzrə 2, Saatlı rayonu 1, Sabirabad rayonu 1, Neftçala rayonu 1 məktəb) direktor, direktor müavinləri və müəllimləri iştirak edib.
Görüşdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarları, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən aidiyyəti normativ-hüquqi aktlar, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi, tədris proqramları barədə fikir mübadiləsi aparılıb. Məktəb rəhbərlərinin tədris işinin təşkili, məktəbin idarə edilməsi ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib.
Müşavirə
iştirakçılarına yeni
hazırlanmış tədris proqramları və dərsliklər
paylanıb, onların tətbiqi ilə bağlı zəruri izahatlar verilib. Bundan əlavə
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən
hazırlanan "Uşaq musiqi,
incəsənət və rəssamlıq məktəblərində
tədris kabinetlərinin (sinif
otaqlarının) tərtibatı üzrə Metodiki
Tələblər"in layihəsi müzakirə edilib, rəy və təkliflər
bildirilməsi üçün məktəb
kollektivlərində də baxılması tövsiyə edilib.
Mədəniyyət. - 2013. – 27 noyabr.
- S.13.