Motivlər... layihəsində Zabitin şərəfi
Bir neçə ay öncə
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına
Azərbaycanfilm kinostudiyasında
Motivlər... adlı
kinoalmanaxın çəkilişlərinə
start vermişdi.
Motivlər... Azərbaycan Prodüserlər Gildiyasının Geniş
baxış ssenari müsabiqəsinə Adari
Films tərəfindən təqdim
olunub və qalib layihə kimi təsdiqlənib.
Kinoalmanax xaricdə kino təhsili almış altı azərbaycanlı gəncin
(Teymur İsmayılov,
Anar Abbasov, Cəfər Axundzadə, Rüfət Həsənov,
Vüqar İslamzadə,
Elmar İmanov) çəkəcəyi qısametrajlı
filmlərdən ibarətdir.
Azərbaycanfilm kinostudiyasının
direktoru və Prodüserlər Gildiyasının
sədri Müşfiq
Hətəmovun sözlərinə
görə, ilk dəfə
olaraq qalib ssenarini prodüserlər özləri seçiblər
və müəlliflərə
film çəkmək şansı
verilib. Ötən saylarımızda layihə üzrə çəkilən filmlər
barədə məlumat
vermişdik. Artıq kinoalmanaxın
sonuncu, altıncı filmi çəkilir.
Gənc rejissor Vüqar İslamzadənin filmi Zabitin şərəfi adlanır. Biz də fürsətdən istifadə edib çəkiliş meydanına
getdik.
Yarıqaranlıq pavilyon, dekorasiyalar və gənc kino işçiləri. Filmin xətt prodüseri Aydın Hacıyev bizi rejissor Vüqar İslamzadə ilə tanış edir. Rejissor bildirdi ki, qısametrajlı ekran əsərində bir zabitin öz şərəfi uğrunda döyüşündən bəhs edilir: Bir müddətdir ki, çəkilişlərə başlamışıq. İşimiz qaydasında gedir. Bu, Motivlər... layihəsi üzrə sonuncu filmdir. Dövlət sifarişidir və biz də çalışırıq ki, bu etimadı doğruldaq.
Qeyd edək ki,
Vüqar İslamzadə Sidneydə təhsil
alıb. Bu
onun Azərbaycanda ikinci işidir. İnfeksiya adlı ilk filmini 2011-ci ildə ərsəyə gətirib.
Yeni filmin həm də ssenari müəllifi olan Vüqar İslamzadə çəkilişləri dekabrın
sonlarında yekunlaşdırmağı
planlaşdırır. Filmin operatoru Aydın Rəfiyevdir. Rollarda Əbdül Mahmudov, Rövşən Vəliyev,
Azər Aydəmir, Aqil M.Quliyev, Cavanşir Məhərrəmov
və başqaları
çəkilir.
Lalə
Mədəniyyət. - 2013. - 27
noyabr. - S.13.