«Master Class Session» layihəsi
davam edir
Noyabrın 22-də DAİR Hotellər
və Restoranlar Assosiasiyasının təşəbbüsü
ilə «Master Class Session» layihəsi
çərçivəsində növbəti tədbir keçirilib.
«JW
Marriott Absheron Hotel»in menecmenti tərəfindən
təqdim edilən prezentasiyada paytaxtda fəaliyyət göstərən
bir sıra mehmanxanaların əməkdaşları,
Bakı Dövlət Universitetinin turizm və hotelçilik ixtisası üzrə təhsil alan
tələbələri iştirak
edib.
«Marriott Absheron»un baş
meneceri Guy Godet
«Marriott» brendinin ümumi
konsepsiyası, standartları
və bir sıra üstünlüklərindən
danışıb. Sonra
hotelin «Revenue Director» (“Gəlirlər
üzrə direktor”) vəzifəsində çalışan
Bahar Dadaşova-Qəniyeva
hotelin tarixi, coğrafiyası, «Marriott» brendinə
daxil olan «Ritz Carlton»,
«BVLGARİ», «Courtyard», «Springhill Suites», «Residence İnn» və digər şəbəkələrdən
bəhs edib.
Aparılan diskussiyalar zamanı iştirakçılar bir sıra maraqlı mövzulara toxunublar və təşkilatçılara müxtəlif suallarla müraciət ediblər. İştirakçıları daha çox «Glitch» sisteminin tətbiqi, hotelçilik fənni üzrə kitabların çatışmazlığı, tələbələrin praktik məşğələlərinin təşkili, «Marroitt» tərəfindən keçirilən treninqlərdə iştirak imkanları və digər məsələlər maraqlandırıb.
İştirakçılarla DAİR Hotellər və Restoranlar Assosiasiyası arasında aparılan müzakirələrdə qurumun üzvlüyünə qəbul edilmə şərtləri və üzvlərin əldə etdikləri imkanlar barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycanda hotelçilik və restoran biznesini dəstəkləyən və bu sahənin inkişafına xidmət edən yeganə təşkilat DAİR Hotellər və Restoranlar Assosiasiyasıdır. Bu zəmində bir sıra hotellər assosiasiyanın sıralarına daxil olmaq arzularını da bildiriblər.
Assosiasiyanın icraçı direktoru Əhməd Panayevin sözlərinə görə, qurumun bu layihəsi ilin sonunadək davam edəcək və digər şəbəkə hotellərin nümayəndələri tərəfindən təqdimatların keçirilməsi nəzərdə tutulur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət. - 2013. - 27
noyabr. - S.12.