Yeddi gözəl” Belarusun baş səhnəsində

 

Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin baletinin premyerası anşlaqla keçib

 

Noyabrın 23-də Belarus Milli Akademik Böyük OperaBalet Teatrında görkəmli Azərbaycan bəstəkarı Qara QarayevinYeddi gözəl” baletinin tamaşasının premyerası olub. Dahi Nizaminin eyniadlı poemasının motivləri əsasında yazılmış balet Belarus teatrının quruluşunda təqdim edilib. Premyera Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Akademik OperaBalet Teatrının dəstəyi ilə gerçəkləşib.

Tamaşanın quruluşçu dirijoru Vyaçeslav Voliç, quruluşçu rəssam Aleksandr Kostyuçenko, geyim üzrə rəssam Yekaterina Bulqakova, işıq üzrə rəssam İldar Bederdinovdur. Bəhram şah rolunda Belarusun Əməkdar artisti Anton Kravçenko, Aişə rolunda Belarusun Əməkdar artisti İrina Yeromkina, çoban Mənzər rolunda beynəlxalq müsabiqələr laureatı Konstantin Geronik, vəzir rolunda isə Belarusun Əməkdar artisti Konstantin Kuznetsov çıxış ediblər.

Tamaşa başa çatandan sonra tamaşaçılar Qara Qarayevin ölməz musiqisinin möhtəşəmliyini, artistlərin və musiqiçilərin virtuoz ifasını, milli koloriti əks etdirən dekorasiyaların gözəlliyini ayaq üstə alqışlayıblar. İki ölkənin profil nazirlikləri, Azərbaycanın Minskdəki səfirliyi, Belarusun dövlət qurumları və ictimai təşkilatları, tamaşaçılar adından səhnəyə çoxlu gül çələngləri gətirilib.

Tədbirdə Belarus hökumətinin nümayəndələri, diplomatik korpus təmsilçiləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edib.

 

* * *

Premyeradan sonra Azərbaycan və Belarus nümayəndələri təəssüratlarını jurnalistlərlə bölüşüblər.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri, professor Fərəh Əliyeva: “Belarus Mədəniyyət NazirliyiBelarus Milli Akademik Böyük OperaBalet Teatrı ilə birgə layihəmiz Qara Qarayevin anadan olmasının 95 illiyinə həsr edilib. Layihənin məqsədi görkəmli bəstəkarın irsini, bütövlükdə Azərbaycanın mədəniyyətini və incəsənətini təbliğ etməkdir. Bu xoş mərama və gözəl layihənin parlaq şəkildə həyata keçirilməsinə görə belaruslu dostlarımıza və həmkarlarımıza təşəkkür edirik. Onu da qeyd etmək istərdim ki, artıq “Yeddi gözəl” baleti Belarus Böyük Teatrının daimi repertuarına daxil edilib”.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparat rəhbərinin müavini Cavanşir Cəfərov: “Keçən il biz Minskdə olarkən “Yeddi gözəl” baletini Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının quruluşunda təqdim etdik. Tamaşa belaruslu tərəfdaşlarımızda səmimi maraq doğurdu. Həmin vaxt bu layihənin həyata keçirilməsi - dünya incəsənətinin incisi olanYeddi gözəl” baletinin Belarusun baş səhnəsində tamaşaya qoyulması qərara alındı. Minskli klassik incəsənət sərraflarının bu premyeraya necə səmimi və şövqlə reaksiya verməsini özünüz gördünüz”.

Belarus Milli Akademik Böyük OperaBalet Teatrının baş direktoru Vladimir Qridyuşko: “Bu layihənin həyata keçirilməsi Belarus və Azərbaycan xalqları arasında möhkəm dostluğun davamıdır. Dünya klassikasının şedevriYeddi gözəl” baletinin premyerası Azərbaycan tərəfi ilə imzalanmış memorandum çərçivəsində həyata keçirilib. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının rəhbərliyi ilə çox səmimi, etimada əsaslanan yaradıcı əlaqələrimiz formalaşıb”.

Beynəlxalq və ümumittifaq müsahibələr laureatı, tamaşanın libretto müəllifi, quruluşçu rejissor Yuri Puzakov: “Öz yaradıcılıq yolunda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin musiqisi ilə görüşmək sənət adamı üçün böyük xoşbəxtlikdir. Bu musiqi müsbət enerji yayır, qəlbimizi sevincnikbinlik hissləri ilə doldurur”.

Qeyd edək ki, noyabrın 24-də “Yeddi gözəl”in Belarus teatrında ikinci nümayişi də anşlaqla keçib.

 

 

Mədəniyyət. - 2013. - 27 noyabr. – S.9.