Onun filmləri qəlbinin ekran təcəssümü
idi
Görkəmli kinorejissor və
operator Rasim Ocaqovun 80 illiyi geniş tədbirlərlə qeyd
edilib
Noyabrın
22-də Azərbaycan kino sənətinin
görkəmli nümayəndəsi, rejissor,
operator, SSRİ və respublika
dövlət mükafatları laureatı, Xalq
artisti Rasim Ocaqovun 80 illik yubileyi xatirə tədbirləri ilə qeyd edilib. Əvvəlcə
mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyətinin nümayəndələri II Fəxri xiyabanda sənətkarın məzarını
ziyarət edib, önünə əklil və
tər çiçəklər düzüblər.
Sonra Rasim Ocaqovun vaxtilə yaşadığı binada (Hüseyn Cavid prospekti 22, 535-ci məhəllə) barelyefinin açılışı olub. Barelyefin müəllifləri Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu və zəngin yaradıcılığından söz açıb. Prezident İlham Əliyevin 2013-cü il 6 avqust tarixli sərəncamı ilə sənətkarın 80 illik yubileyinin ölkəmizdə geniş qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Rasim Ocaqov həm operator, həm də rejissorluq peşəsində xarakterlər ustası olduğunu çəkdiyi ekran əsərlərində dəfələrlə sübut edib. Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleks əksi aktyor ifaçılığında da özünü aydın göstərib, milyonların rəğbətini qazanıb.
Xalq artisti Eldar Quliyev və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kino sənətinin inkişafında əvəzsiz rol oynamış, ömrünün 50 ilini kinematoqrafiyaya həsr etmiş Rasim Ocaqovun sənət dünyasından, yaratdığı dəyərli ekran əsərləri barədə danışıb, xatirələrini bölüşüblər.
Vurğulanıb ki, sənətkarın yaradıcılığının əsas qayəsi insanın mənəviyyatını, psixologiyasını, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək olub. “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq”, “Təhminə”, “Otel otağı” və digər filmlərində yaradılan obrazlar buna nümunədir.
Sənətkarın ailəsi adından çıxış edən Altay Həsənov Rasim Ocaqovun xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.
* * *
Noyabrın 22-də “Üns”
Yaradıcılıq Səhnəsində Rasim Ocaqovun 80 illik
yubileyi qeyd olunub. Tədbir
iştirakçılarını salamlayan
M.V.Lomonosov adına Moskva
Dövlət Universiteti Bakı
filialının rektoru, professor,
҆nsӟn
yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva ekran əsərləri
ilə milli kinomuza dəyərli
töhfələr vermiş sənətkarın
yaradıcılığından söz
açıb. Qeyd olunub
ki, Rasim Ocaqov həmişə Azərbaycan mədəniyyətinin,
kinosunun tarixində yaşayacaq.
Çünki onun
yaradıcılığı bənzərsiz, çəkdiyi
filmlər böyük rejissor
istedadının, qəlbinin məhsuludur. O, milli
olduğu qədər də bəşəridir.
Onun adı dünya kino nəhəngləri ilə bir
sırada çəkilməyə layiqdir.
Xalq artisti Fəxrəddin Manafov rejissorla birgə işlədiyi filmləri xatırlayıb: “Mənim ən yaxşı rollarım onun adı, onun filmləri ilə bağlıdır. Bu filmlər sayəsində mən sərbəstlik və özünəinam qazanmışam”.
Gecə dialoq formasında qurulmuşdu. Ekranda çəkilişlərin müəyyən məqamlarını əks etdirən kadrlar görünür, bu kadrlarda rejissor filmlərinə dəvət etdiyi aktyorlar, sənət dünyası və s. bağlı fikirlərini bölüşürdü.
Xalq artisti Hacı İsmayılov sənətkarın dəvəti ilə “Ad günü”, “Həm ziyarət, həm ticarət” və digər filmlərində yaratdığı obrazlardan danışıb: “Rasim Ocaqov böyük bir müəllim idi. Şadam ki, onun sənət dünyasından mənə də pay düşüb”.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxışında vurğulayıb ki, kino Rasim Ocaqovun həyatı, varlığı idi. O, özünü kinodan ayrı hiss edə bilmirdi.
Xatirə gecəsinin iştirakçılarına nəfis tərtibatlı “Rasim Ocaqov” albomu təqdim olunub. Nəşrdə yubilyarın ailə arxivindən nadir fotoşəkillər, çəkilişlərdən kadrlar yer alıb.
* * *
Noyabrın 23-də görkəmli kinorejissorun yubileyi doğulub boya-başa çatdığı Şəkidə də qeyd olunub. Şəhər rəhbərliyi və qonaqlar əvvəlcə Rasim Ocaqovun şəhərin Sülh meydanında qoyulmuş barelyefi önünə gül-çiçək düzüblər. 2008-ci ildə kinorejissorun 75 illiyi münasibətilə qoyulmuş barelyefin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
Sonra tədbir Şəki Dövlət Dram Teatrında
davam etdirilib. İştirakçılar teatrın foyesində kinorejissorun həyat və yaradıcılığından
bəhs edən fotosərgiyə baxıblar.
Tədbiri şəhər
İcra Hakimiyyətinin
başçısı Elxan
Usubov açaraq Azərbaycan və keçmiş Sovet İttifaqının kino tarixində özünəməxsus
yeri olan Rasim Ocaqovun 80 illiyinin doğma yurdunda keçirilməsi Şəkinin mədəni
həyatı üçün
əlamətdar hadisə
olduğunu bildirib.
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar qeyd edib ki, Rasim
Ocaqov filmlərində
böyüyüb, boya-başa
çatdığı Şəkini
tərənnüm edib,
şəkililərin maraqlı
obrazlarını yaradıb:
“Fəxr edirəm ki, mənim ssenarilərim əsasında
çəkilmiş “Təhminə”
və “Otel otağı” filmlərinin
də rejissoru Rasim Ocaqov olub”.
Rasim Ocaqovla uzun müddət
birgə çalışmış
kinooperatorlar Kənan Məmmədov və Rafiq Qəmbərov çıxış edərək
görkəmli sənətkarla
bağlı xatirələrini
bölüşüblər.
Sonra tədbir teatrın geniş salonunda bədii proqramla davam edib. Sənətkarın həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş
olunub. Rasim Ocaqovun filmlərində
çəkilmiş aktyorlar,
sənət dostları
çıxış edərək
kinorejissorla bağlı
xatirələrini danışıblar.
Mədəniyyət.-2013.-27
noyabr.S.5.