Bakı Turizm Peşə Məktəbində təhsil-təlim mərkəzi açıldı

 

 

Noyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTIP) birgə layihəsi çərçivəsində Bakı Turizm Peşə Məktəbində təhsil-təlim mərkəzinin açılışı oldu.

 

Layihənin koordinatoru Səbinə Babayeva çıxış edərək mərkəz barədə məlumat verdi. Bildirdi ki, 2012-ci il noyabrın 13-də Mədəniyyət və Turizm NazirliyiBMT-nin İnkişaf Proqramı arasında «Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi» adlı ikiillik layihənin birgə həyata keçirilməsinə dair müqavilə imzalanıb: «Layihə çərçivəsində Bakı Turizm Peşə Məktəbinin idarəetmə sistemi gücləndiriləcək, onun tədris və təlim planları təkmilləşdiriləcək. Layihədə turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması, yerli xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə mövcud problemlərin həll edilməsinə yardım nəzərdə tutulub. Yerlixarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma, tələbələri üçün isə ixtisas üzrə müvafiq təlim kurslarının, eləcə də Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərdən yüksək nəticə əldə etmək məqsədilə praktik dərslərin müvafiq avadanlıqlarla təchiz olunmuş otaqlarda keçirilməsi planlaşdırılır».

Səbinə Babayevanın sözlərinə görə, layihədə beynəlxalq əməkdaşlığa böyük önəm verilir. Ona görə də mərkəzdə tədris kurslarını Türkiyə və Ukraynadan dəvət edilmiş mütəxəssislər aparacaqlar. Kurslar noyabrın 25-dən başlayır.

 

Ölkəmizdə turizm böyük yolun astanasındadır

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu mərkəzin açılması Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan turizm sahəsi üçün peşəkar kadrların hazırlanmasında mühüm addımdır. Son illər Azərbaycan Respublikasının Prezidenti qeyri-neft sektorunun inkişafında məhz turizm sahəsinə xüsusi önəm verir: «Bu gün dövlət strategiyasında neftenerji sektorundan əldə olunan gəlirlərin insan kapitalına, peşəkar kadr hazırlığına çevrilməsi prosesi özünü turizm sənayesində də mükəmməl səviyyədə göstərir. Azərbaycanda turizmin inkişaf sürəti, ölkəmizə gələn qonaqların sayının ildən-ilə artması, turizm imkanlarının genişləndirilməsi dövlət və özəl sektor üçün prioritet olmaqla yanaşı, eyni zamanda maraqlı, əlverişli, cəlbedici və davamlı olan inkişafı təmin edir. Biz sevinirik ki, bu sahənin inkişafı ilə yanaşı, Azərbaycanda kadr potensialı güclənir və yeni nəsil öz gələcəyi üçün məhz turizm sektorunu seçir”.

Azərbaycanda turizmin inkişafının beynəlxalq qurumların bu sahəyə marağında da özünü göstərdiyini deyən nazir layihənin tərəfdaşı olan BMT-nin İnkişaf Proqramının ölkəmizdəki nümayəndəsinə təşəkkürünü bildirdi: “Bu proqram 10 ilə yaxındır ki, Azərbaycanda turizm sektorunun inkişafına xüsusi diqqət yetirir. Hələ 2004-cü ildə bizdən turizm-informasiya mərkəzlərini nə üçün yaratdığımızı soruşurdular. O zaman biz bu məsələni reallaşdırdıq və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə 7 bölgədə turizm-informasiya mərkəzlərinin yaradılması ona gətirib çıxarıb ki, hazırda bütün rayonlarda icra strukturlarının, turizm obyektlərinin rəhbərləri təmsil etdikləri rayonlarda da belə mərkəzlərin yaradılmasını xahiş edirlər».

Nazir turizm sahəsində kadr hazırlığının ölkə başçısının da diqqətində olduğunu bildirdi: «Cənab Prezidentin sərəncamı ilə ilk turizm peşə məktəbini yaratdıq. Hazırda regionlarımızda da peşə məktəblərinin yaradılması istiqamətində görülür. Bakı Turizm Peşə Məktəbində ixtisaslaşmış peşəkarlar üçün təlim keçirilməsi olduqca vacib məsələdir. Bu istiqamətdə də BMT-nin İnkişaf Proqramı bizə kömək edir. Təhsil-təlim mərkəzinin açılması və burada kursların aparılması üçün Türkiyə və Ukraynadan mütəxəssislərin dəvət edilməsi onu göstərir ki, bu gün Azərbaycan turizmi çox böyük bir yolun astanasındadır. Ümid edirəm ki, bizim BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığımız davamlı olacaq”.

Qeyd olundu ki, ölkəmiz turizm sahəsində artıq dünyanın aparıcı qüvvələri sırasındadır: “Bu bizim üzərimizə çox böyük məsuliyyət qoyur. Mən üzümü ATİ-nin tələbələrinə və peşə məktəbinin şagirdlərinə tutub deyirəm ki, bu gün olmasa da, 3-5 ildən sonra Azərbaycanın turizm imici, qonaqpərvərlik sənayesi sizin hazırlıq səviyyənizdən asılı olacaq. Ona görə də sizi yaxşı oxumağa və bilikləri mənimsəməyə dəvət edirəm. Bu yol sizin hamınızın qarşısında çox böyük, geniş imkanlar açacaq. Bu məsuliyyəti dərk etməniz lazımdır. Sizə bu yolda uğurlar arzulayıram».

 

Azərbaycan sürətlə inkişaf edən yeni turizm məkanlarından biridir

 

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT İP-nin nümayəndəsi Antonius Bruk son 60 ildə dünya turizm sektorunun davamlı inkişafından danışaraq bildirdi ki, bu sahə ən sürətlə inkişaf edən iqtisadi sektorlardan birinə çevrilib: «Hazırda turizm sektoru qlobal ümumi daxili məhsulun 9, dünya üzrə ixracın 6 faizini təşkil edir. Dünya üzrə 11 yerindən biri turizm sektorundadır. Ənənəvi olaraq üstünlük verilən AvropaŞimali Amerikadan başqa, bir sıra yeni turizm mərkəzləri meydana çıxıb. Azərbaycan Avropada sürətlə inkişaf edən yeni turizm məkanlarından biridir. BMT-nin Dünya Turizm Təşkilatının göstəricilərinə əsasən 2012-ci ildə Azərbaycanda ölkəyə beynəlxalq uçuşların sayı 27 faiz artıb. Bu sahənin inkişafı «2020-ci ilə baxış: Azərbaycanın inkişaf strategiyası»nda öz əksini tapıb. Azərbaycanda turizm üçün yüksək səviyyəli infrastruktur yaradılır, beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Amma bu hər şeyi həll etmir. Gələn turistlərə peşəkar səviyyədə xidmətin təqdim edilməsi, qonşu ölkələrlə rəqabətdə uduzmamaq üçün peşəkar insan resurslarının yaradılması da mühüm şərtdir. Aliorta ixtisas məktəblərində görülən , verilən təhsil təkcə burada təhsil alan gənclərin deyil, eyni zamanda ölkənin gələcəyi üçün vacibdir».

Sonra tədbir iştirakçıları mərkəzlə tanış oldular.

 

Mərkəz bir neçə istiqamətdə fəaliyyət göstərəcək

 

5 otaqdan ibarət təhsil-təlim mərkəzində səyahət agentlərində prinsipləri, turların təşkili və s. proqramlar keçiriləcək, peşəkar aşpazlar tərəfindən Avropa və Azərbaycan mətbəxinə aid yeməklərin və salatların hazırlanması əyani olaraq göstəriləcək. Müştərini məmnun etmək, onlara yüksək səviyyəli xidmət göstərmək, stolun hazırlanması, qabların düzülməsi və s. öyrədiləcək.

Mərkəzdə peşə təlimlərindən başqa ingilis dili, konfliktologiya, etika, estetika, psixologiyas. fənlər də tədris olunacaq.

 

 

  Fəxriyyə Abdullayeva

 

Mədəniyyət. - 2013. - 27 noyabr. - S.3.