Qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumu

 

 

 

Bakıda keçiriləcək UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində dekabr ayının 1-də qeyri-maddi mədəni irsin qorunması üzrə ilk beynəlxalq QHT forumu təşkil olunacaq.

Forumda 150-dən artıq beynəlxalq QHT və Azərbaycan tərəfindən Xalçaçılar və Musiqi Dünyası ictimai birliklərinin nümayəndələri iştirak edəcək. “JW Marriott Absheron" hotelində təşkil olunacaq forum qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı qeyri-dövlət təşkilatlarının rolunun aktivləşdirilməsi və onların beynəlxalq əməkdaşlığa töhfə vermələri baxımından müstəsna əhəmiyyət daşıyır.

 

 

 

Mədəniyyət. - 2013. - 27 noyabr. - S.2.