Bakıda Sloveniya kurortlarının təqdimatı
“Bizim mərkəzdə
sağlamlıqla bağlı insanı narahat edən bir
çox problemlərin müalicəsi var”
Noyabrın 27-də
«Four Seasons» hotelində
Sloveniyanın «Roqaşka»
kurortlarının təqdimatı keçirildi.
Sloveniyanın «Sabyus Sin-tur» şirkətinin və onun
Azərbaycandakı tərəfdaşı «Millennium
Tourism & Congress DMC»nin təşkilatçılığı ilə
baş tutan tədbirdə
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsi
müdirinin müavini
Rauf Qarayev,
respublikanın aparıcı turizm şirkətləri
və hotellərinin nümayəndələri iştirak
edirdi.
Tədbiri «Millennium Tourism» şirkətinin icraçı direktoru Fərid Hüseynov açaraq, Sloveniya haqqında iştirakçılara qısa məlumat verdi. Bildirdi ki, Adriatik dənizi sahilindəki bu ölkə ərazi baxımdan böyük olmasa da, zəngin tarixi abidələrə və geniş turizm imkanlarına sahibdir.
«Sağlamlıq və Termal Turizmə Dəstək» İctimai Birliyinin sədri Ruslan Quliyev çıxışında Azərbaycanla Sloveniya arasında son illər geniş əlaqələr yarandığını, turizm sahəsində də əməkdaşlığın inkişaf etdiyini dedi: “Bu ölkədəki kurort və istirahət mərkəzlərinə Azərbaycan vətəndaşları maraq göstərirlər. Hesab edirəm ki, Sloveniya tərəfin Bakıda keçirdiyi təqdimat bu marağı daha da artıracaq, bu əməkdaşlıqdan hər iki ölkənin turizm təmsilçiləri məmnun qalacaq”.
«Sabyus Sin-tur» şirkətinin direktoru Draqo Rovişnyak Sloveniyadakı turizm mərkəzləri, müalicəvi sular, kurortlar haqqında ətraflı danışdı. Qeyd etdi ki, Sloveniyada həm yay, həm də qış turizmi üçün olduqca əlverişli təbii şərait mövcuddur. Dağ-xizək turizm mövsümü dekabrdan marta qədər, bəzi yerlərdə isə hətta may ayınadək davam edir.
«Roqaşka» tibb mərkəzinin baş həkimi Suzanna Lazarova təmsil etdiyi tibb mərkəzi haqqında məlumat verdi. Onun sözlərinə görə, il ərzində Azərbaycandan 20 mindən artıq turist qəbul edirlər: «Roqaşka» kurort mərkəzi Sloveniyanın şərqində, Adriatik dənizinin sahilində yerləşir. Bu, 1350 yerlik, 4 və 5 ulduzlu hotellərdən ibarət bir kurort regionudur.
“Donat Mg” mineral suyu «Roqaşka» kurortunda müalicənin əsasını təşkil edir. Bu su ilə mədə-bağırsaq, sinir sistemi, ürək-damar sistemi xəstəliklərini müalicə etmək mümkündür. Mineral su qısa müddətdə mədə-bağırsaqda olan erroziyanı, səpmələrin yaratdığı fəsadları, o cümlədən turşuluğun artmasını aradan qaldırır: “Bizim mərkəzdə sağlamlıqla bağlı insanı narahat edən bir çox problemlərin müalicəsi var». Yeni il bayramı ilə bağlı turistlər üçün müxtəlif proqramlar təşkil ediləcəyini də deyən Suzanna Lazarova azərbayanlı turistləri ölkəsinə dəvət etdi.
«Roqaşka» tibb
mərkəzinin direktoru Zvona
Novina isə qiymətlərin
dünyanın məşhur müalicə mərkəzlərindən
heç da baha olmadığını diqqətə
çatdırdı: «Müalicə mərkəzlərimizdəki
qiymətlər Avropanın tanınmış kurortlarından ucuzdur. Sloveniya il ərzində 1 milyondan çox turist qəbul edir. Onların təxminən dörddə biri müalicə məqsədilə gəlir.
Balneoloji kurortlar ilin bütün fəsillərində
fəaliyyət göstərir».
Mədəniyyət. - 2013. – 29 noyabr.
- S.6.