Azərbaycan teatrı - 140” mövzusunda elmi-praktik konfrans

 

 

Noyabrın 27-də Mədəniyyət Turizm Nazirliyi, AMEA Memarlıq İncəsənət İnstitutu, Teatr Xadimləri İttifaqı Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Muzey MərkəzindəAzərbaycan teatrı - 140” mövzusunda respublika elmi-praktik konfransı keçirildi.

 

Azərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramı Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixliAzərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqındasərəncamına uyğun olaraq təşkil edilən tədbirdə teatrımızın keçdiyi yola müxtəlif aspektlərdən nəzər salındı.

Konfransı Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov açaraq 140 yaşlı peşəkar milli teatrın inkişaf yolu barədə danışdı. Bu tarixin öyrənilməsi cari problemlərin həlli baxımından konfransın mühüm əhəmiyyətə malik olduğunu bildirdi.

Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev zəngin Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan teatrımızın tarixi keçmişi, onun professional inkişafının təzahürləri əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verdi. Milli teatrımızın müxtəlif dövrlərdə, bütün çətinliklərə baxmayaraq, inkişaf etdiyini dedi: “Müstəqilliyimizin ilk illərində, Azərbaycan teatrınınolum, ya ölümdilemmasında qaldığı bir vaxtda ulu öndərimiz xalqın iradəsi ilə hakimiyyətə qayıtdı ölkə həyatının, mədəniyyətin bütün sahələri kimi, teatr sənəti ilə bağlı böyük addımlar atıldı. Milli-mənəvi dəyərlərə, mədəniyyət incəsənətə qayğı göstərən ulu öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev milli teatr sənətimizin tərəqqisi üçün fundamental işlərə imza atıb. Onun ölkəyə rəhbərlik etdiyi ilk illərdən başlayaraq mədəniyyət, onun ən çətin sahələrindən olan teatra diqqəti özünü bariz şəkildə nümayiş etdirib”.

Qeyd olundu ki, 2006-cı ildən başlayaraq qəbul olunan qərarlar, teatrın inkişafını sistemli şəkildə əks etdirən sərəncamlar gələcək üçün bir proqram xarakteri daşıyıb: “2006-cı ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycan teatrı ilə bağlı qanun qəbul olundu. Daha sonra teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xüsusi sərəncam imzalandı. Bu məqsədyönlü siyasətin davamı olaraq 2009-cu ildə teatr haqqında qanunun öncə imzalanmış sərəncamın daha geniş fəaliyyətini təmin etmək məqsədilə dünya teatr praktikasında ilk dəfə olaraq Azərbaycan teatrının onillik inkişaf istiqamətlərini müəyyənləşdirən Dövlət Proqramı təsdiq olundu”.

Proqram çərçivəsində həyata keçirilən fundamental işlər barədə məlumat verən nazir müavini bu qısa vaxt ərzində əldə olunan nəticələrin ümumi mənzərənin ürəkaçan olduğunu dedi. Əsaslı təmir olunan yenidən qurulan teatr binaları, bu prosesin paytaxt ilə yanaşı, regionları da əhatə etməsi milli teatr tariximizin ən gözəl səhifəsidir. Təmirlə yanaşı, bu müəssisələrin maddi-texniki təminatının Avropa səviyyəsinə çatdırıldığını qeyd edən Ə.Vəliyev uzun müddət binasızlıq şəraitində fəaliyyət göstərən bir neçə teatrın müstəqil bina ilə təmin olunduğunu, köklü teatr islahatlarının aparıldığını bildirdi. Bu dəyişikliklərin teatrların yaradıcı imkanlarının nümayişinə təkan verdiyini, səhnə nümunələrinin müxtəlif ölkələrdə alqış qazandığını, azərbaycanlı rejissorların xarici ölkə teatrlarında uğurlu quruluşlara imza atdığını dedi. 10-dan artıq teatrın tərkibində təşkil olunan teatr-studiyaların yerlərdə aktyor çatışmazlığının aradan qaldırılmasında əhəmiyyəti vurğulandı.

Bildirildi ki, Dövlət Proqramı çərçivəsində 50-dən artıq rejissor, rəssam digər teatr mütəxəssisi Azərbaycanda tamaşaların hazırlanmasında iştirak edib. Ölkəmizdə bir çox irimiqyaslı beynəlxalq teatr tədbirləri - festival, forum konfranslar keçirilib. Ölkə rəhbərinin bu sahəyə diqqəti sayəsində teatr xadimləri qayğı ilə əhatə olunub, fəxri adlara digər təltiflərə layiq görülüblər.

Tədbirdə çıxış edən AMEA Memarlıq İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə bildirdi ki, zamanın sınaqlarından üzü çıxmış Azərbaycan teatrının 140 illik inkişaf yolu ölkəmizdə bu sənətin zəngin ənənələri olduğunu bir daha sübut edir. Qeyd olundu ki, xalqımızın folkloru məişəti ilə bağlı oyun rəqslər, mövsüm mərasimləri, aşıq sənəti, dini ayinlərlə əlaqədar meydan mərasimləri, “Qaravəllitipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını təşkil edib, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.

Konfransda Dövlət Teatr Muzeyinin təqdimatında milli teatr tarixinə həsr edilmiş videoçarx nümayiş olundu.

Sonra sənətşünaslıq doktoru, professor Məryəm ƏlizadəninKlassik dramaturgiyanın çağdaş rejissor yozumu: örnəklər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi QafarovunÜç əsrdən keçən teatr: çağdaş mənzərəsi prioritetlər”, Teatr Xadimləri İttifaqının şöbə müdiri Çingiz ƏləsgərlininAzərbaycan teatrının inkişafında aktyor məktəblərinin rolumövzularında məruzələri dinlənildi.

Konfrans işiniTeatr, cəmiyyət, mədəniyyət: intellektual paradokslar”, “Müstəqilliyin ilk on ilində tarixi mövzular Azərbaycan səhnəsində”, “Müstəqillik dövrü milli teatrşünaslıqda qeyri-klassik üsullar”, “Azərbaycan teatrında konseptual rejissor sənəti Vaqif İbrahimoğlu yaradıcılığıkimi teatr sənətinin aktual mövzularının müzakirəsi ilə davam etdirdi.

 

 

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət. - 2013. - 29 noyabr. - S.5.