Mədəni Mülkiyyətin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin toplantısı

 

 

Noyabrın 27-də İtaliyanın paytaxtı Romada UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı, beynəlxalq hökumətlərarası təşkilat olan Mədəni Mülkiyyətin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) XXVIII Baş Assambleyası işə başlayıb. Noyabrın 29-da yekunlaşacaq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir.

Ölkəmizin 2002-ci ildən üzv olduğu bu beynəlxalq təşkilat dünyada mədəni mülkiyyətin qorunması və öyrənilməsi üzrə əsas mərkəz hesab olunur. Ölkəmizlə təşkilat arasında mədəni irsin mühafizəsi və tədqiqi sahəsində yerli mütəxəssislər və təşkilata üzv olan digər xarici ekspertlər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə tematik forumların təşkili nəzərdə tutulub. İCCROM-un ekspertləri tərəfindən mədəni irsin mühafizəsi sahəsində sosial məsuliyyətin inkişafı üzrə xüsusi layihənin işlənib hazırlanmasını, muzeylərin fondlarında saxlanılan eksponatların qeydə alınmasını və daha etibarlı mühafizəsini hədəfləyən RE-ORG layihəsi çərçivəsində təşkilatla əlaqələr qurulub.

 

 

 

Mədəniyyət. - 2013. - 29 noyabr. - S.2.