“Arşın mal alan” operettası
Marionet Teatrının
quruluşunda
Noyabrın 27-si və 28-də İçərişəhərdəki
Kiçik Karvansara abidəsində “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
nəzdində fəaliyyət
göstərən Marionet
Teatrının quruluşunda
dahi bəstəkar Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettası nümayiş olunub. Operetta Marionet Teatrının
yaradıcısı Tərlan
Qorçunun bədii rəhbərliyi ilə teatrın əsas aktyor heyətinin ifasında təqdim edilib.
İlk tamaşadan əvvəl çıxış edən
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
rəisi Samir Nuriyev bu il “Arşın mal alan” operettasının 100
yaşının tamam
olduğunu, bu münasibətlə ölməz
əsərin qəhrəmanlarının
bu dəfə marionet kuklalarla canlandırıldığını deyib. Bildirilib ki, Marionet Teatrı 2011-ci ildən fəaliyyət göstərir.
Artıq
teatr üçün
İçərişəhərdə xüsusi bina da ayrılıb.
Qeyd olunub ki, teatr Üzeyir
Hacıbəylinin “Leyli
və Məcnun” və “O olmasın, bu olsun” tamaşaları
üzərində işləyir
və yaxın gələcəkdə hər
iki tamaşa səhnələşdiriləcək.
Mədəniyyət. - 2013. – 29 noyabr. - S.2.