Azərbaycanlı
bəstəkarın əsəri TÜRKSOY-un
yubiley konsertində
Oktyabrın 1-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 20 illik yubileyi münasibətilə qurumun mənzil-qərargahının yerləşdiyi Ankara şəhərində təntənəli konsert proqramı təqdim edilib. TÜRKSOY-a üzv ölkələrin tanınmış sənətçilərinin çıxış etdiyi konsert Türkiyənin Prezident Simfonik Orkestrinin zalında təqdim olunub.
Konsert proqramına Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovun “Türk şöleni” uvertürası da daxil edilib. Bəstəkar bu əsəri TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təşəbbüsü ilə yazıb.
Oktyabrın 2-də
TÜRKSOY-un baş
katibliyində üzv ölkələrin
nazirlərinin iştirakı ilə qurumun
Daimi Şurasının toplantısı
keçiriləcək.
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 2.