“Doğma ocaq”
üçün daha bir mükafat
Rusiyada yaşayan azərbaycanlı rejissor Rodion İsmayılovun “Doğma ocaq” sənədli filmi növbəti dəfə mükafat qazanıb. Ekran əsəri Sankt-Peterburqda keçirilən “İnsanlara ismarıc” 23-cü beynəlxalq kinofestivalında “Ən yaxşı tammetrajlı sənədli film” mükafatına layiq görülüb. Festivalda 33 ölkədən 100-dən artıq film nümayiş olunub.
Azərbaycanın
“Sinema evi” və
Rusiyanın “DS film” studiyalarının
müştərək istehsalı olan film iki ölkənin
nazirliklərinin dəstəyi ilə Tovuz
rayonun Köhnəqala kəndində
çəkilib. Ekran əsəri indiyədək
bir sıra festival və
müsabiqələrdə uğur
qazanıb, bu günlərdə Vyanada “LET'S CEE” festivalında münsiflər
heyətinin xüsusi mükafatına layiq görülüb.
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 2.