MoskvadaYeddi gözəltamaşası

 

   Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Rusiya Dövlət Akademik Kiçik Teatrının səhnəsində Nizami GəncəvininYeddi gözəlpoeması əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı nümayiş etdirib.

   Tamaşadan öncə çıxış edən ölkəmizin Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Nigar Axundova teatrın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Rus Dram Teatrının səhnəsində vaxtilə Faina Ranevskaya Mixail Jarov kimi məşhur aktyorlar öz ifaları ilə tamaşaçıları sevindiriblər.

   Rusiya Dövlət Akademik Kiçik Teatrının baş direktoru Tamara Mixaylova bu ilin mayında Bakıya uğurlu qastrol səfərindən danışıb.

   Sonra səhnə əsəri nümayiş olunub. Dahi Nizaminin 870 illik yubileyinə həsr olunmuş tamaşaya litvalı rejissor Yonas Vaytkus quruluş verib.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 2.