Gənc
skripkaçımızın növbəti uğuru
Sentyabrın 30-da Moskva Konservatoriyasının böyük salonunda skripkaçıların David Oystrax adına V Beynəlxalq müsabiqəsi laureatlarının konserti olub. Dahi skripkaçının 150 illiyinə həsr edilmiş konsertdə “Junior” kateqoriyasında üçüncü mükafata layiq görülmüş həmvətənimiz Elvin Qəniyev N.Paqanininin 4 nömrəli kapriççiosunu məharətlə ifa edib.
3 turdan ibarət olan
müsabiqədə 10-28 yaşlı ifaçılar iştirak edirdi. Builki müsabiqədə iştirak
edən yüz nəfərdən yeddisi mükafata layiq yerləri tutaraq final konsertində iştirak
etmək hüququ qazanıb. Böyük və kiçik
yaş kateqoriyalarında birinci
yerləri Cənubi Koreyanın eyni
soyadlı iki nümayəndəsi - 12
yaşlı Su Bin Li və 20 yaşlı Ci Yun Li tutub.
Builki müsabiqənin laureatları
arasında Cənubi Koreya, Yaponiya,
Fransa, Qazaxıstan və ABŞ-dan
gəlmiş gənc skripkaçılar var.
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 2.