“Arşın mal alan” Qazaxıstanın daha bir şəhərində
nümayiş etdirilib
Qazaxıstanın Atırau Vilayət Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və “Arşın mal alan” operettasının 100 illik yubileyi münasibətilə bu ölməz əsərin tamaşası olub.
Tamaşanın rejissoru Qazaxıstanın Xalq artisti Tunquşbay Jamankulov Al-Tarazidir. Əsər vilayətdəki “Novruz” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Eldar Əhmədov və iş adamı Bəhruz Qurbanovun dəstəyi ilə hazırlanıb.
Vilayət
hakimiyyətinin nümayəndələri, mədəniyyət
və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvlərinin izlədiyi tamaşa anşlaqla keçib, aktyorların ifası
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 4.