“Azərbaycan -tolerantlıq
məkanı”
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında
fotosərgi
Sentyabrın
27-də BMT-nin Nyu-Yorkda
yerləşən mənzil-qərargahında
Heydər Əliyev Fondunun təşəbbüsü,
BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı
ilə “Azərbaycan-tolerantlıq
məkanı” mövzusunda
fotosərginin açılış
mərasimi olub.
Sərgidə Heydər Əliyev
Fondunun “Azərbaycan -
tolerantlıq ünvanı”
layihəsi çərçivəsində
dünya şöhrətli
fotoqraf, Fransada yaşayan soydaşımız
Rza Diqətinin ölkəmizə yaradıcı
səfərləri zamanı
çəkdiyi şəkillər
nümayiş olunur.
Mərasimdə
çıxış edən
BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali
nümayəndəsi Nassir Əbdüləziz
əl-Nasser bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə Bakıda keçirilən II Dünya
Mədəniyyətlərarası Dialoq Forumunu xatırlayıb, ölkəmizin
mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik
olduğunu vurğulayıb.
Onun sözlərinə görə,
sərginin BMT Baş Məclisinin 68-ci sessiyası
çərçivəsində açılması dünya
birliyinin Azərbaycanın
multikulturalizm və tolerantlığın təmin
olunması sahəsində
fəaliyyətinə yüksək
qiymət verdiyini göstərir.
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsinin sədri
Elşad İskəndərov
ölkəmizdə dini
tolerantlığın çoxəsrlik
tarixindən söz açıb. Qeyd edib
ki, multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının
milli xüsusiyyətidir.
Son illərdə ölkəmizdə keçirilən
beynəlxalq tədbirlər
Azərbaycanı mədəniyyətlər
və dinlərarası
dialoqun mərkəzinə
çevirib.
Qeyd edək ki, müstəqillik tarixində
ilk dəfə ölkəmizin
tolerantlıq ənənələrini
BMT-də tərənnüm
edən ilk sərgi bir həftə davam edəcək.
Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
təşəbbüsü ilə gənclər arasında
keçirilən “Photolerance” (“Fotolerans”) adlı beynəlxalq fotomüsabiqənin
təqdimatı da olub.
Müsabiqənin qalibləri 2014-cü ildə BMT-nin
Sivilizasiyalar Alyansının növbəti
qlobal forumunda elan ediləcək.
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 6.