Lənkəranda yeni teatr mövsümü başlanıb

 

   Lənkəran Dövlət Dram Teatrı özünün 123-cü mövsümünə başlayıb. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən teatrın direktoru İslam Həsənov və baş rejissoru Tural Mustafayev kollektivin ötən mövsümdə qazandığı uğurlardan, gələcək planlardan söz açıblar.  

   Qeyd olunub ki, milli teatrımızın 140 illiyi münasibətilə bu il iyunun 25-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Əməkdar artist Təvəkkül Əliyev “Tərəqqi” medalına, aktyor Sücəddin Mirzəyev “Əməkdar artist” fəxri adına layiq görülüblər. Teatrın aktyorları Eynəli NurullayevŞahrud Mehdiyeva, rəssam Məmmədyar Cəfərov Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisidöş nişanı ilə təltif olunublar.

   Bildirilib ki, hazırda teatrda baş rejissor Tural Mustafayevin quruluşunda Aldo Nikolainin “Dəmir sinifpyesi səhnələşdirilir. Paralel olaraq Slovamir Mrojekin “Mühacirlər” əsəri üzərində də gedir. Tamaşaya Ukraynadan dəvət olunmuş rejissor Andrey Nepitalyuk quruluş verəcək. Tamaşa UNESCO-nun xətti ilə hazırlanır və təhvil verildikdən sonra 4 ölkənin teatrlarında müxtəlif dillərdə oynanılacaq.

   Çıxışlardan sonra dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyası əsasında hazırlanmış yeni tamaşa sənətsevərlərə təqdim olunub. Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərində hadisələr ucqar dağ kəndlərinin birində cərəyan edir. Tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Emin Fərzullayev, Sücəddin Mirzəyev, Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova oynayırlar.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 6.