Oğuzda Dünya Turizm Günü
Sentyabrın 27-də Dünya Turizm Günü münasibətilə Oğuzdakı Mədəniyyət mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirildi. “Oğuz gözəl turizm məkanıdır” adlı tədbiri mədəniyyət və turizm şöbəsinin müdiri Ulduz Baxışova açaraq rayonumuzun özəlliklərindən, eləcə də tədbirin məramından danışdı.
Son
illər rayonumuzda baş
verən yeniliklər göz önündədir.
Bu diyara səyahət edən turistlərin sayı da artmaqdadır. Hazırda Oğuz
şəhərində müasir
standartlara cavab verən 5 ulduzlu hotelin, eləcə də 4 mehmanxananın fəaliyyəti turizmin inkişafına təkan verir. Bundan əlavə, 14 istirahət
mərkəzinin fəaliyyəti
də rayonumuza turistlərin marağını
xeyli artırıb.
Tədbirdə həmçinin əl
işlərindən və
sənətkarlıq nümunələrindən
ibarət sərgi, Oğuzun qədim xalçalarının və
məişət əşyalarının
nümayişi, kulinariya
müsabiqəsi təşkil
edilmişdi. Müsabiqədə mürəbbələr, şirniyyatlar,
şirələr və
özəl yeməklərimiz
münsiflər tərəfindən
qiymətləndirildi, qaliblərə
hədiyyələr təqdim
olundu.
Qəsidə
Hüseynova,
Oğuz rayon MKS-nin informasiya-resurs şöbəsinin
müdiri
Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 6.