ATİ-də Turizm Günü münasibətilə tədbir

 

   Sentyabrın 27-də BMT-nin İctimai İnformasiya Departamenti Azərbaycan Turizm İnstitutunda Turizm Gününə həsr olunmuş tədbir keçirib.

   Tədbirdə günün mahiyyəti ilə bağlı məlumat verilibDünya Turizm Gününün builki mövzusuTurizmsu: ortaq gələcəyimizi qoruyaq») barədə təqdimat edilib. Daha sonra BMT Baş katibi Ban Ki-Moonun mövzuya aid videoçıxışı Azərbaycan dilində nümayiş olunub. Baş katib müraciətində qeyd edib ki, builki Dünya Turizm Günü israfçılıq və iqlim dəyişikliyinin dünya su ehtiyatlarına təhlükə yaratdığı bir zamanda, suyun mühafizəsi və intellektual idarəçiliyində turizm sənayesinin payını vurğulayır: «Mən, “Su Əməkdaşlığının Beynəlxalq İli”ndə turizm müəssisələrini israfçılığı azaltmağa və tullantı idarəçiliyini təkmilləşdirməyə səsləyir, eləcə də turistlərin bu işə töhfə verməsi üçün ekoloji əsaslı qərarlar verməyə çağırıram».

   Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov və turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Rəhman Səfərov tədbirdə çıxış ediblər.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 9.